Newscenter.az.29.04.2021. Ortada iki pozuntu var. Müqəddəs vətən savaşı şəhidi Xudayar Yusifzadənin ruhunun təhqiri və bunu edənin üzr istəmək əvəzində, inadla və şit hıyaslzlıqla nümayişkəranə, özünü haqlı sayma davamı. Və maddi, qohumluq ya başqa yox, sırf vətən torpağı uğrunda şəhidliyin müqəddəsliyni öndə tutma motivli, şəhidin ruhunu təhqirə sərt, fiziki güc tətbiq etməklə, ifratlı cavablı reaksiya.
Mən hesab edirəm ki, burada təhqirə bu cür sərt reaksiyanın səbəbi şəhidi təhqirdən daha, xeyli çox, qanunlarımızda şəhidi təhqirə cəzanın zəif, qeyri-şəhidi təhqir qədər yüngül olmasıdı. Əmin olaq ki, qanunlar, şəhidi təhqir və böhtana qarşı həbs və yüksək cəza nəzərdə tutsaydı və hüquq mühafizə orqanlarımız heç olmasa, pandemiya karantinində toy, yas keçirilənə qarşı göstərdiyi operativliyi bu təhqirçiyə göstərib dərhal axtarib tapıb həbs etsəydi, yaxud, həbs ediləcəyini xalq bilsəydi bu təhqirçiyə bü fiziki reaksiya olmazdı.
Bu cəza, islah zəiflik, yüngüllüyü səbəbindəndir ki, şəhid milli qəhrəmanımızı cinayətkardı deyib ittiham edən və müvafiq adekvat cəza alıb islah edilməyən Şahmarzadə, bu gün torpaqlarımızın işğaldan azadlığı müharibəsi, zəfərimiz Parkını və ekspozisiya nümayişini də, faşizm adlandırır. Buradan da, digər şəhidlərin, digər, qadın və kişi şahmarzadələr tərəfindən belə təhqirləri yaranır, cəzasızlıq və islahsızlıq şəraitində. Nə edilməli?
Şəxsi fikır və qənaətim belədir ki:
1. Alimlər, ədəbiyyatçılarımız və sairə, aidiyyatlı mütəxəssislərimiz Milli Mənafe məfhumunu və ona daxil olan vətən, xalq, dövlət, bayraq, şəhid və s. kimi dəyərlərlə mənasını işləyib hazırlasın.
2. Milli Mənafe vacib vətən atributu kimi, bizim Ana Yasa, Konstitusiyamızda təsbit olunsun.
3. Bu əsaslarda da, Cinayət Məcəlləsi və başqa qanunlarımızda həmin dəyərlərə təhqir, böhtan, aşağılama, ələsalma, hörmətsizlik və s. kimi bir sıra əməllər sərt cəzalı olaraq nəzərdə tutulsun.
4. Ümumiyyətlə, bizdə, Milli Mənafe qorunması fövqəl, həyati vacibliyi əsasında ayrıca, "Vətənə xıyanət" ("Dövlətə xəyanət"dən başqa) və "Milli Mənafeyə xəyanət" tərkibli əməllər və onlara da müvafiq cəzalar nəzərdə tutulsa bizim vahid bir vətən, xalq və dövlət olaraq güc-möhkəmliyimiz üçün tətbiq olunan çox mühüm amil ola bilərdi.
P. S.
Ümid edək ki, şəhidi təhqir edənə qanunlar üzrə yüngül cəza nəzərdə tutulduğu kimi, o şəxsi də fiziki cəzalandıranlar, etdiklərinin motivi nəzərə alınıb, yüngül cəza alarlar, tam, adekvat olaraq.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri