Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər zaman Azərbaycanı düşünən dərin analitik təfəkkürə malik siyasi lider

Hər zaman Azərbaycanı düşünən dərin analitik təfəkkürə malik siyasi lider


Dünyanın çoxlu sayda beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçən ildən keçirilməyə başlanılan beynəlxalq konfrans bu il iki gün - Şuşada “Beynəlxalq Şuşa Forumu” adı altında, paytaxt Bakıda isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunmuşdu. Ənənə halını alan bu beynəlxalq konfrans artıq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yeni və mühüm bir platformadır. Aprelin 29-da konfransda iştirak edən və beyin mərkəzlərinin nümayəndələrinin suallarını yüksək səviyyədə cavablandıran Azərbaycan Prezidenti cənab İlham Əliyev əsl liderlik xüsusuiyyətlərini özündə cəmləşdirməyi bacaran yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olduğunu bir da sübut etmiş oldu.

Konfrans nümayəndələrinin ölkə başçısına ünvanladıqları suallar müxtəlif sahələri əhatə edirdi. Belə ki, Azərbaycan-Ermənistan münasibətləri, digər region və dünya ölkələri ilə olan əlaqələr, beynəlxalq aləmdə baş verən hadisələr, Azərbaycanın enerji siyasəti və digər mövzuları əhatə edən suallara Azərbaycan Prezidenti geniş və əhatəli cavab verməklə yanaşı, xalqımızın milli maraqları mövqeyindən çıxış edərək qətiyyətli formada mühüm bəyanatlar da səsləndirmiş oldu. Cənab Prezident İlham Əliyev beynəxlaq konfransda vurğuladı ki, əlaqələrin qurulması və inkişafa nail olmaq üçün ilk növbədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunmalıdır. 30 il müddətində işğala məruz qalmasına və bu müddət ərzində çeşidli erməni terrorundan əziyyət çəkməsinə baxmayaraq Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra sülh gündəliyi ilə çıxış edən ilk tərəf oldu. Münaqişə davam edən 30 il ərzində də Azərbaycanın danışıqlarda maraqlı olması Azərbaycanın sülhpərvər bir ölkə olmasından xəbər verir. Lakin bu müddət ərzində münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupu tamamilə fəaliyyətsiz qalmış, imitasiya xarakterli görüşlər keçirməklə münaqişənin ömrünün uzadılmasına çalışmışdır. Bu da öz növbəsində Azərbaycana qarşı olan ikili standartların göstəricisi hesab edilə bilər. Azərbaycan Prezidenti konfransda ikili standartlar mövzusunda danışarkən dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş UNESCO-nun da laqeyd mansibətinə diqqət çəkdi. 30 il ərzində Ermənistan işğalda saxladığı Azərbaycan ərazilərdinə kütləvi dağıntılar törədib, barbarlıq və vandalizm aktları həyata keçirib, bir sözlə Azərbaycan xalqına məxsus mədəni irsi yerlə yeksan etmişdir. UNESCO bütün bu vəhşiliklərə biganə qalmış, “siyasi məsələlərlə məşğul olmamaq” bəhanəsi ilə həmin ərazilərə missiya göndərməkdən imtina etmişdir. Torpaqlar işğaldan azad edildikdən sonra isə bu təşkilat fəallaşmağa cəhd etmiş və “erməni tarixi irsinin” müdafiəsinə qalxmağa çalışmışdır.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransında Azərbaycanın yaratmış olduğu yeni reallıqlar əsasında artıq proseslərinin gedişatının dəyişdiyini bildirən cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq şanslarının ola biləcəyini qeyd etdi. Lakin bunun üçün ilk növəbədə ermənilər separatçı tendensiyalardan və istəklərindən vaz keçilməlidirlər. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması mövzusuna toxunan Azərbaycan Prezidenti Ermənistan üçün çıxış yolunu da göstərdi. Bu çıxış yolu isə Ermənistanın qonşu ölkələrə qarşı olan işğalçılıq siyasətindən imtina etməsi və münasibətləri normallaşdırmasından keçir. Bir sözlə, Ermənistan əvvəlki siyasəti ilə regionda təcrid olunmuş ada kimi uzun müddət yaşaya bilməyəcək.

Cənab Prezident İlham Əliyev konfransda Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi nəqliyyat-kommunikasiya layihələri, eyni zamanda regional və beynəlxalq əhəmiyyətli enerji layihələri haqqında geniş məlumat verərək Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, həyata keçirilən layihələrdə heç bir ölkə ilə rəqabət aparmadığını, əksinə qarşılıqlı əməkdaşlıq və əlaqələrdə maraqlı olduğunu qeyd etdi. Məhz yürüdülən müstəqli xairici siyasət və uğurlu enerji strategiyası nəticəsində artıq Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələrə ixrac olunur və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransında ölkəmizin regionun gələcək planları haqqında fikir bildirərkən cənab Prezident İlham Əliyev bir sıra amilləri əsas şərt kimi təsnif edərək yaxın gələcəkdə Ermənistanla olan anlaşılmazlıqların öz həllini tapacağına ümidvar olduğunu, Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesinin baş verəcəyini və prosesdə Azərbaycanın liderliyi öz üzərinə götürəcəyini qeyd etdi. Hər halda on ildən sonra Azərbaycanın Cənubi Qafqazda daha da güclü dövlət olacağını bildirən ölkə başçısı həmçinin yaxın gələcəkdə Azərbaycan ərazisində yeni regional idarəçilik modelinin də tətbiq ediləcəyinin anonsunu verdi. Artıq Qarabağda sınaqdan keçirilən yeni idarəçilik modeli sayəsində ölkədə dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
Xəbəri paylaş