Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstan -Pakistan sərhəd toqquşması genişlənə bilər

Əfqanıstan -Pakistan sərhəd toqquşması genişlənə bilər


Son günlər Əfqanıstan və Pakistan arasında davam edən siyasi böhran sərhəd toqquşması ilə nəticələndi. Əfqanıstanla- Pakistan sərhəddində fəaliyyət göstərən və Pakistana qarşı terror fəaliyyəti göstərən "Təhrik-i-Taliban" terror fəaliyyətlərini genişləndirib. Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi, Pakistan Talibanına ev sahibliyi edir. Pakistan aviasiyası Kabulda Təhriki Talibanın Liderlərini öldürmək üçün bir neçə əməliyyat həyata keçirib.

Qeyd edim ki, Əfqanıstanla Pakistan arasında uzun illərdi ki, sərhəd münaqişəsi davam edir. Böyük Britaniyanın müstəmləkəsi dövründə Əfqanıstanın işğalı zamanı 1839-cu ildə indiki Pakistanla -Əfqanıstan arasında sərhəd xətti çəkilib. "Duran xətti" adlanan sərhədd puştun xalqını iki yerə parçalamış və çoxluq Pakistan ərazisində qalib. Məhz Təhriki -Taliban təşkilatı Pakistanda puştunlardan təşkil olunub. 1947-ci ildə Pakistanın BMT tanınmasına Əfqanıstan qarşı çıxıb.

Pakistan Əfqanıstanda hakimiyyətdə olan Talibandan "Təhriki -Talibanına" ev sahibliyi etməməsini tələb edir.

Bir məsələni qeyd edim ki, Çin -lə Pakistan arasında münasibətlər yüksək səviyyədədir. Həmçinin Əfqanıstan -Çin əlaqələri inkişaf edir. Çin hər iki ölkənin hərbi toqquşmasından narahatdır. Bir müddət bundan əvvəl, D. Tramp Əfqanistan Talibanından Baqram aviasiya bazasının verilməsini tələb etmişdi. Baqram bazasından ABŞ Çinə qarşı istifadə etmək planına malikdir. Tələb yerinə yetirilməsə, bunun mənfi nəticələri olacağını qeyd etmişdi. Bundan sonra, Pakistan Baş naziri Ağ Evdə qəbul edildi.

Demek olar ki, ABŞ və Pakistan bir neçə məsələlərdə razılaşma əldə edib. Talibanın Əfqanıstanda hakimiyyətdə olması, Pakistanin təhlükəsizliyini və milli maraqlarını təhdid edir. Çünki, Taliban Durand sərhəd xəttini qəbul etmir və Pakistan Talibanıni dəstəkləyir. Pakistan Əfqanıstanda hakimiyyətdə olan Talibanın devrilməsində maraqlıdır. Azərbaycan qardaş Pakistanın yanındadır. Terrorçu Taliban rejimi region üçün təhlükəsizlik risklərini artırır.

Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş