Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Mərkəzi Asiya ticarət, mədənçilik və nüvə enerjisi sahələrində əməkdaşlığı gücləndirəcək

ABŞ və Mərkəzi Asiya ticarət, mədənçilik və nüvə enerjisi sahələrində əməkdaşlığı gücləndirəcək


ABŞ və beş Mərkəzi Asiya ölkəsi iqtisadiyyat, enerji, təhlükəsizlik və texnologiya sahələrində uzunmüddətli tərəfdaşlığı genişləndirməyə çalışırlar.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, Səmərqənddə C5+1 xarici işlər nazirlərinin görüşü münasibətilə verilən birgə bəyanatda bildirilir.

Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət və mübahisələrin sülh yolu ilə həlli prinsipləri təsdiqlənir.

Tərəflər Transxəzər Ticarət Dəhlizini inkişaf etdirmək, nəqliyyat infrastrukturuna investisiya qoymaq və gömrük prosedurlarını uyğunlaşdırmaqla region daxilində ABŞ ilə ticarəti genişləndirmək niyyətindədirlər.

Həmçinin, Amerika şirkətlərinin Mərkəzi Asiyada fəaliyyət göstərməsi və regional müəssisələrin ABŞ bazarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaratmaq, eləcə də elektron ticarət və rəqəmsal texnologiyaların inkişaf etdirilməsi nəzərdə tutulur.

Ölkələr geoloji məlumatlarla işləmək, təkcə mədənçiliklə deyil, həm də mineralların emalı ilə bağlı təcrübə mübadiləsinə və yüksək əlavə dəyərli məhsulların ixracının artırılmasına diqqət yetirmək niyyətindədirlər.

Həmçinin, atom enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə materiallarının təhlükəsizliyi və onların fiziki qorunması sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.

Terrorizmə, qanunsuz miqrasiyaya, insan alverinə, narkotik və silah qaçaqmalçılığına, kibercinayətkarlığa qarşı mübarizə və sərhəd təhlükəsizliyinin gücləndirilməsi də prioritetlər kimi qeyd olunub.

Sənəddə təhsil mübadilələrinin genişləndirilməsi, ingilis dilinin tədrisi, mədəni irsin qorunması və turizmin inkişafı da yer alır.

Qeyd edək ki, 2015-ci ildə qurulan C5+1 formatı ABŞ və Mərkəzi Asiya dövlətlərini bir araya gətirir. Yeni bəyanatda gələcək əməkdaşlıq sahələri müəyyən edilir, lakin konkret layihə xərcləri və ya müddətlər göstərilmir.

Süleyman
Xəbəri paylaş