
Ukrayna tərəfinin işğal etdiyi Donbas bölgəsindən qoşunları çıxarmaq istəməməsi münaqişənin davam etməsinin əsas səbəbidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. O bildirib ki, Ukraynanın Donbasdan çıxmaması bu münaqişənin əsasını təşkil edir.
"Hazırda bir çox başqa məsələlər də var, amma nəticə etibarilə münaqişəni idarə edən də budur ".-deyə Rubio bildirib.
O, vurğulayıb ki, Vaşinqtonun nöqteyi-nəzərindən mövcud vəziyyət bütün tərəflər arasında kompromis tapmaqda çətinliklər üzündən danışıqlar prosesi uzanır.
“Düşünürik ki, bu müharibə sonda bitəcək. Amma bu asan deyil, çünki kifayət qədər səy göstərilmir”, - deyə Rubio əlavə edib.
Anar












































