Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub


️19 oktyabr 2026-cı il tarixində Networkstan şirkətinin direktoru Vüqar Mirzəyev Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənov ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları, sahibkarlar arasında biznes əməkdaşlığının gücləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin, Networkstan Biznes Klubunun Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarının bizneslərinin inkişafına dəstək göstərməsi, onlar üçün yeni əməkdaşlıq imkanları yaratması və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsinə töhfə verməsi Səməd Həsənov tərəfindən təqdirəlayiq təşəbbüs kimi qiymətləndirilib.

Süleyman
Xəbəri paylaş