Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa polisi vəziyyətə nəzarəti itirib

Fransa polisi vəziyyətə nəzarəti itirib



Fransa polisi həftəsonu etirazların keçirildiyi bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib.

Newscenter.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes deyib.

"Bəli, bəzi şəhərlərdə nəzarət itirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti tam olaraq təxmin edə bilməyiblər. Mən istefa verdim, çünki baş verən hər şeyə görə məsuliyyət daşıyıram", - deyə Nunyes deyib.

Nazir onu da xatırladıb ki, istefa ərizəsi prezident Emmanuel Makron tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı həftəsonu Parisdə və Fransanın hər yerində kütləvi nümayişlər keçirilib. Təşkilatçılar etirazlarda 800.000 nəfərin iştirak etdiyini təxmin edir, Daxili İşlər Nazirliyi isə bu rəqəmin 550.000 olduğunu bildirib.

Anar
Xəbəri paylaş