
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dar ilə telefonla danışıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə Pakistanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.
Nazirlər, həmçinin ərəb və müsəlman ölkələrinin regionda sülh və sabitliyə köməklə bağlı geniş səyləri, eləcə də Misirin Şarm-əş-Şeyx şəhərində gözlənilən sammit (Qəzza ilə bağlı oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur - red.) barəsində fikir mübadiləsi aparıblar.