
Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli oktyabrın 12-də Kolumbiyanın Boqota şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, millət vəkilləri səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlamentlər arasında əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlıq təşəbbüsləri haqqında fikir mübadiləsi aparacaqlar.
Səfər oktyabrın 18-də başa çatacaq.
Süleyman











































