Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan rəssam uşaqların sərgisi keçirilib

Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan rəssam uşaqların sərgisi keçirilib


"Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan rəssam uşaqların "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbiri keçirildi. AMEA Milli Azərbaycan Tarix Muzeyində baş tutan sərgi-tədbir, muzeyin "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin, “Ümid var” Könüllülər Təşkilatının və “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirildi".

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Jalə Əhmədova verib. Bildirib ki, sərgi-tədbirdə uşaqların tariximizi əks etdirən biri-birindən maraqlı rəsm əsərləri ilə tanış olarkən, sanki bu balaca rəssamların daxili dünyasını, düşüncələrini də görmüş oldum. Sertifikat və müxtəlif hədiyyələrlə təltif olunan gənc rəssamları təbrik etdim, onlara yeni yaradıcılıq uğurları arzuladım:

"Yüksək səviyyədə təşkil olunmuş tədbirdə əməkdar artist Fərqanə Qasımovanın dəstəyi ilə “Bayatı Şiraz” muğamını ifa edən autizm sindromlu Ramiz Ağayevin çıxışı, bəstəkar-pianoçu Tural Məmmədlinin müşayiəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xarıbülbül” şerinin Nigar Babayeva tərəfindən səsləndirilərək eşitmə əlilliyi olan Şəhla Nağıyevanın jest dilində təqdimatı, o cümlədən əlilliyi olan uşaqların inklüziv olaraq “Günay Muradi” Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə müxtəlif kompozisiyalar nümayiş etdirməsi layihənin mühüm əhəmiyyətə malik olmasından xəbər verirdi".

Millət vəkili onu da qeyd edib ki, sərgi-tədbirin keçirilməsində məqsəd, əlilliyi olan uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaqla inklüzivləşməyə töhfə verməkdir:

"Ümumilikdə 35 əlilliyi olan uşağın iştirak etdiyi bu layihə, həm də əlilliyi olan uşaqların Azərbaycan tarixi ilə bağlı maariflənməsi yönündə mühüm xarakter daşıyır. Belə ki, Nazilə Məhərrəmovanın rəhbərlik etdiyi “Ümid var” Könüllülər Təşkilatının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların tarixi eksponatlar haqqında məlumatları dərindən öyrənərək onları kətan üzərinə köçürmələri əslində cəmiyyətə önəmli mesajlar vermiş oldu".

Ruhiyyə
Xəbəri paylaş