Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi Türk Dünyasının yeni zəfərlərinə açılan qapıdır

Şuşa Bəyannaməsi Türk Dünyasının yeni zəfərlərinə açılan qapıdır


Şuşa Bəyannaməsi Azərbaycanın ən yeni tarixində 44 günlük Vətən Müharibəsində qazandığımız şanlı Zəfərdən və 10 noyabrda məğlub Ermənistanı imzalamağa məcbur etdiyimiz kapitulyasiya sənədindən sonra növbəti tarixi uğurumuzdur. Əgər biz 10 noyabr Bəyannaməsi ilə Zəfərimizi rəsmiləşdirdiksə, 15 iyun Şuşa Bəyannaməsi ilə bu Zəfərin əbədiliyini təmin etdik.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur: “Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.

Şuşa bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır.

Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan arasında təhsil, mədəniyyət və biznes sahələrində əməkdaşlığın gücləndirilməsini də hədəfləyib.

Nizami rayon Nizami bələdiyyəsi qulluqçusu-Aytən İsmayılova
Xəbəri paylaş