Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Stockholm sindromu" - niyə insanlar onları zorlayanları sevməyə başlayırlar?

"Stockholm sindromu" - niyə insanlar onları zorlayanları sevməyə başlayırlar?


Bəzi hallarda insan öz aqressorlarına qarşı simpatiya hiss etməyə başlayırlar. Sonradan isə baş verənlərə görə özlərini ittiham edir, öz emosiyalarını qınayırlar. Gəlin bu gün sözü gedən mexanizmin necə çalışdığına nəzər salaq və oxucularım, həmkarlarım və bəzi "dostlarım" arasında əziyyət çəkənlərə mümkün qədər yardımçı olum.

Adətən Stockholm sindiromundan danışarkən geniş miqyaslı cinayət işlərini haqqında fikir yürüdürlər. Eyni zamanda bu hal olduqca geniş rastlanan psixika və şəxsi münasibətlər barəsində kifayət qədər dağıdıcı gücə malik hesab edilir. Beləliklə, ilk öncə terminin necə yarandığına və hansı hallara şamil edildiyinə nəzər salaq.

1973-cü ilin 23 avqust tarixində Yan-Erik Olsson tək başına Stockholmun mərkəzində banklardan birinə, Kreditbankenin filialına hücum edib. 6 sutka ərzində müəssisənin 4 əməkdaşını girovluqda saxlayıb. Olsson İsveçrənin baş nazirindən 3 milyon kron (o dövrün məzənnəsi ilə 2 milyon dollar) tələb edərək girovları öldürəcəyi ilə bağlı hədələyib. Eyni zamanda danışıqlar zamanı silah və ölkədən təhlükəsiz çıxış üçün sürətli avtomobil tələb etmişdir. 28 avqust tarixində isveçrə polisi müqvimət göstərmək qərarına gələrək pul anbarına gözyaşardıcı qaz buraxmışdır. Bütün girovlar, Olsson və onun şəriki Ulofsson da binanın həmin hissəsində idilər. Qeyd edək ki, Ulofsson Olssonun təkidi ilə türmədən çıxaraq məhs bu işə başlamışdır. Nəticədə oğrular yarım saatdan sonra təslim olur və bütün girovlar sağ-salamat azad olunur.

İctimayətin təəcübünə rəğmən zərərçəkmişlər onları bir həfdə boyunca girov saxlayanlara qarşı şikayətçi deyillər. Məhkəmədə onlara qarşı ifadə verməkdən imtina edir və hətda cinayətkarların xeyrinə vəkil tutmağa çalışmışlar. Əminliklə heç bir kobud rəfdar görmədiklərini bildirmişlər. Psixiator Nils Beyerut – əməliyyat zamanı polis əməkdaşları ilə sıx əməkdaşlıq edən həkim girovların porodoksal rəftarlarını, onlara əziyyət verənlərə qarşı yaranan simpatiya hislərini Norrmalmstorgssyndromet termini ilə izah etmişdir. Termin öz adını bankın yerləşdiyi meydanın adından – Norrmalmstorg meydanından götürülmüşdür. Bir müddət sonra qəliz ifadə hesab edilən termin daha sadə, Stockholm sindromu ilə əvəzləndi.

Bu gün Stockholm sindromu psixologiyada aqressorla zərərçəkən arasında baş verən simpatiya kimi qiymətləndirilir. Bu bəyənmə və xoşlanma travmatik təcrübə və insan psixikasının şüuraltı qorunma reaksiyası səbəbindən baş verir. Ciddi və güclü narahatlıq və həyəcan səbəbindən zərərçəkmişlərin bir müddət sonra aqressorlara yazıqları gəlir və onların doğru olduqlarını zənn edirlər. İnsanın ona əziyyət verən insana qarşı müsbət hisləri yaranır. Eyni zamanda düşdüyü vəziyyətdən çıxmağa kömək etmək istəyən insanları qəbul etmir. Bu halda əsəbləşdiyi insanlar polis əməkdaşları, vəkillər və ona yardım etmək istəyində olan digər insanlar ola bilər.

Zərərçəkəndə aqressorda müsbət keyfiyyət axtarışları, dəyərli xarakter nümayişi, özünü onunla eyniləşdirmək cəhdləri və eyni hədəflərə yönəliklə bağlı inancları formalaşa bilir.

Stockholm sindromunun yaranma mexanizmi özünüqoruma instinqti ilə sıx əlaqəlidir. Yəni qarşı tərəf özünü yaxşı apardığı təqdirdə zorakılığın azalacağına ümüd edir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş