Ölkə Azərbaycanda qazi-vətən müharibəsi əlili intiharı təəssüf ki, həm hadisələrin sayı həm də ictimai-emosional ağrı və gərginlik yaratmasilə narahatçılıq doğurur. Bu ağrılı problemi aradan qaldırmaq üçün, onun səbəbləri və nəticələrini araşdıraq. Qazi intiharları niyə baş verir və niyə baş versin, dövlət də onlar üçün vəsait, imtiyaz və şərait yaratma, cəmiyyət-xalqımız da onlara xüsusi ehtiram və qayğılı yöndə olduğu halda?!
Bu vacib suala aydınlıq gətirmək üçün, diqqəti bəzi aidiyyətli instansiya və təbəqələrə çevirək.
İlk nəzərlər, bəli, ölkə prokurorluğuna olmalıdır. Çünki, qanunvericilik üzrə, intihar hadisələrinin araşdırılması bu orqanın vəzifəsi, səlahiyyətidir. Ümumiyyətlə, intihara şübhəli hadisələrdə əsas 3 əməl-faktordan birisi aydınlaşır. Ya, bu insanı öldürüb, boğub asırlar, guya intihar görüntüsü yaratmaqla. Bu qəsdən adam öldürmə CM-nin 120-ci madəsi üzrə cinayət əməlidir. Ya, insanı intihar həddinə çatdırma, bu, CM-in 125-mad. üzrə cinayət əməlidir. Ya da insan, özü öz daxili motivi ilə özü intihar edir. Adətən, Prokurorluq araşdırmanı 2 cinayət tərkibli əməllər: öldürmə və vadar etmə üzrə aparır. Bunlar yoxdursa, bu hadisə sırf intihardırsa işə xitam verib, bağlayır.
İndi, bu qazi intiharı ilə bağlı burada iki məsələ var. Birincisi, prokurorluğun araşdırmasında bu intihar həddinə çatdırma (qəsdən öldürmə çox nadir olur) əməli müəyyən edilmişmi, bu qədər çoxsaylı intiharların içində? Buna xüsusi diqqət yetirilməlidir ki, vəzifəsi, imkan və mövqeindən asılı olmayaraq, emosional kövrək təbəqə olan qazini intihar həddinə çatdıran istənilən vəzifə sahibi, məmur ya kimsə, cinayət məsuliyyətinə, cəzaya cəlb olunmalıdır. Ki, bu qoy, görk olsun.
İkincisi, araşdırmanın nəticəsi olaraq bu hadisə əgər sadəcə, intihardırsa, prokurorluq bununla da kifayətlənməməli, xitamla işini bitmiş hesab etməməlidir. Niyə? Çünki əvvəla bu intihardırsa yenə sual yaranır, qazi niyə intihar etsin? Bəlkə burada, cinayət tərkibli də olmazsa, inzibati ya ictimai, mənəvi səbəblər var?! Məsələn, vəzifəli şəxsin etinasızlığı, biganəliyi. Və yaxud hansısa ictimai, siyasi şəxsin ya jurnalistin intiharı daha da, kövrək heysiyyatlı qaziyə mənəvi aşılaması, stimullaşdırma, ya, üzərinə "intihar qəhrəmanı" ictimai yük qoyma yönləndirici əməli var bəlkə?
Bütün bunlar da köklü aydınlaşmalıdır və bu işi də prokurorluq etməlidir. Çünki, araşdırma işini bu orqan aparıb. İşi də, "cinayət tərkibi yoxdur!" deyə bağlayanda, bəs kim araşdırsın, bu əlavə faktorları, kim bu ölüm intiharın sonuna çıxsın? Və nəticə olaraq bu işdə əlavə faktorlu inzibati qüsur müəyyən etdikdə, prokurorluq, məsələn, icra başçısı, yerli sosial müdafiə, səhiyyə və sair orqanların mərkəzi rəhbərliyinə təqdimat və ya başqa cür qabaqlayıcı məlumat göndərməlidir. Eləcə də qazi intiharları üzərində ictimai siyasi oyun qurma hallarına qarşı addımlar atmalıdır!
Və bu forma hökm və təsirli prokuror addımları tədbirlərinin hamısı, qazilərə diqqətin, qayğının artırılması məsuliyyətinin yüksəlməsinə və həm də qazi həssaslıq və kövrəkliyindən sui-istifadə ilə ictimai qarışıqlıq yaratma cəhdləri qarşısının alınmasında ciddi, qanuni təminat yarada bilər.
Qazi iİntiharları ilə bağlı digər əlaqədar tərəflər, instansiyalara isə, növbəti yazılarda toxunaram.
Ancaq, bir əsas məsələ üzrə xüsusi qeydim var.
1. Vətən qaziləri, şəhid ailələri, həm də, məlum ağrılı "Tərtər işi" ilə bağlı səmimi vətənpərvərlik, vicdan, qeyrət hissilə təəssüb və zəhmət çəkib fəaliyyət göstərən və bununla da, milli mənafe, xalq dövlətçilik yanında olan hər kəsə təşəkkür.
2. Bu cür ictimai həssas məsələlərlə bağlı şəxsi, korporativ, siyasi maraq üçün yararlanaraq sui- istifadə pozuculuq mövqeyi tutan hər kəsi, hər qurumu vətən, ləyaqət hissli olmağa çağırıram. Xalqın ağrılı yeri üzərindən, uğur əldə edilməz!
3. Bu cür ictimai həssas məsələlərlə yararlanıb, sui-istifadə etməklə xarici antiazərbaycan güc, sifariş mərkəzlərinə xidmətlə ölkəni qarışdırma və ictimai xaos yaratma pozuculuq əməlləri isə, ağır cinayət tərkibli olmaqla vətənə xəyanətdir. Bu əməllərin cəzası da ağır olur. Bunu bilsinlər!
P. S.
Allah bütün intihar edən qazilərə rəhmət etsin. Bunu etməyin qazilər, bu qəhrəmanlıq deyil və sadəcə səbrli olun, az keçmədən bu məsələdə bir, sistemlilik yaranıb, hər şey yolu, qaydasına düşəcək, deyəcəksiz hissə qapılmaq əbəs imiş.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri