Tbilisidə baş tutan Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş sözsüz ki, son zaman artan gərginliyi və ehtimalı yüksək olan 3-cü Qarabağ müharibəsini əngəlləmək üçün yaxşı fürsətdir. Əvvəla xarici işlər nazirləri səviyəsində ilk dəfə belə formatda baş tutan görüş özü özlüyündə yüksək qiymətləndirilməlidir.
Ümumiyyətlə Ermənistan və Azərbaycan arasında problemlərin yaranma səbəbi, hər hansı bir danışıqların aparılması və post müharibə dövründə razılaşmaların icrası üçün və müəyyən normal nəticələri əldə etmək üçün Rusiyanı tərəf kimi qəbul etmədən proses mümkün görünmür. İllər öncə və mətbuata son müsahibələrim də qeyd etmişəm ki, Qarabağ problemi və Ermənistanla olan münasibətlər bir başa Rusiya ilə əlaqəlidir və Rusiya bilavasitə tərəfdir.
Gürcüstanda, Tbilisidə Ceyhun Bayramovun və Ararat Mirzoyanın baş tutan görüşün Azərbaycan tərəfi üçün əsas müzakirə mövzusunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi erməni silahlılarının çıxarılması məsələsidir. Cənab prezidentin görüş öncəsi erməni silahlıların Azərbaycan ərazisindən çıxarılması, rus sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı səsləndirdiyi fikirlər sözü gedən görüşün bir nömrəli mövzusu olması heç şübhəsizdir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, işçi qruplar, sülh müqaviləsi və sair məsələlər isə sonrakı müzakirə mövzularıdır. Çox güman ki, görüşdən sonra birgə mətbut konfrası və ya nazirlərin açıqlamasında əsas müzakirə mövzuları barədə açıqlama verilməyəcək, açıqlama olsa belə əsas mövzular barədə diplomatik formal ifadələr olacaq.
Kəlbəcərin daima atəşə tutulması, İranın Zəngəzurda Konsulluq açması, Rusiya və İranın müharibə istəyi, Paşinyanın faktiki müharibə tərəfdarı Edvard Asıryanı Ermənistanın yeni qərargah rəisi təyin etməsi, Ermənistan rəsmi şəxslərin Azərbaycanda erməni əsgərlərin muzdlularla əvəz ediləcəyini elan etməsi və Azərbaycanın baş verənlərə sərt reaksiyası 3-cü Ermənistan-Azərbaycan müharibəsini reallığa çevirib. Bəli, məhz Ermənistan-Azərbaycan müharibəsi.
Rusiyanın iştirakı və moderatorluğu olmadan baş tutan Tbilisi görüşü sözün həqiqi mənasında iki dövlət arasında müəyyən irəliləyişə səbəb ola bilər. Ancaq həmişə ki, kimi əvvəlki bütün razılaşmalardan sonra Rusiyanın təsiri ilə əldə edilmiş razılaşmalar əhəmiyyətsiz hala salınıb. Əgər Ermənistanın siyasi iradəsi buna imkan verərsə, əldə edilmiş razılaşmalar icra olunaraq regionda sülhə nail olmaq olar. Çox təəssüf ki, Rusiya buna imkan verən deyil çünki, Rusiya Ermənistan Azərbaycan arasında sülhü özünün Cənubi Qafqazda mövcudluğuna təhlükə hesab edir. Hər bir halda Tbilisidə baş tutan Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun görüşünün özünün baş tutması özlüyündə irəliyə doğru müsbət prosesdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq