[/center]
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə telefon söhbəti zamanı bir daha Minsk qrupu çərçivəsində "münaqişənin" nizamlanmasından bəhs edib.
Mirzoyan mart ayından başlayaraq keçirdiyi bütün görüşlərdə Minsk qrupu danışıqlarda iştirak etməlidir kimi bəyanatlar verir. Hazırda əsas müzakirə mövzularının Qarabağla bağlı deyil, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və Zəngəzur dəhlizi mövzuları olduğunu nəzərə alsaq erməni tərəfinin ikitərəfli dialoqun müzakirə predmeti olmayan Qarabağ və Minsk qrupu mövzularını aktuallaşdırmağa cəhd göstərməsi birmənalı olaraq yenidən Bakı və İrəvan arasında müharibə riskini artırır.
Belə bir nəticəyə gəlmək olar ki, İrəvan Qarabağ və kommunikasiya, delimitasiya məsələlərini bir - birindən ayırmaq istəsə də, Xankəndi məsələsində nəzərdə tutduğu qarantiyanı almaq istəyir.
Azərbaycan - Ermənistan arasında sülh danışıqlarına mane olan amillər olduqca çoxdur. Ən əsası isə, unutmamalıyıq ki, bu kimi münaqişələrin inkişaf və ya əksinə sülhə nail olma istiqamətləri böyük dövlətlərdən asılıdır. Dünən Kosovada baş verənlər tərəfimizdən bir daha dərindən araşdırılmalıdır. Kosovanın Qarabağla beynəlxalq hüquq və tarix baxımından heç bir əlaqəsi olmasa da , oradakı bəzi proseslər diqqətdən qaçmamalıdır. Kosovanın şimalında yaşayan serblərin Priştinaya tabe olmamaları, onların Serbiyaya maneəsiz öz avtomobil nişanları ilə hərəkət etmələri, yerli azlıq olan serblərin faktiki olaraq Kosova hökumətinə tabe olmamaları münaqişənin istənilən zaman alovlana biləcəyindən xəbər verir və bu kimi postmüharibə inteqrasiya proseslərinin qeyri - effektivliyini göstərmiş olur. Son hadisələr bir daha bizi əmin edir ki, dövlətlərin sərhədləri daxilində heç bir azlığın muxtar bələdiyyə və polis institutları olmamalıdır. Etnik qruplara hər hansı kiçik hüquqların verilməsi onların ambisiyalarının genişlənməsinə və hüquqi çərçivədə tələblərinin daha da genişlənməsinə səbəb olur.
Uzağa getməyə də ehtiyac yoxdur. SSR dövründə Qarabağ ermənilərinin DQMV - də paytaxt Bakı qarşısında əllərində olan "səlahiyyətlər"dən "ermənicə" istifadə etmələri hər kəsə məlumdur.
İndi tarixi məqamdır. Bir zamanlar Qarabağda, Bakıda, Gəncədə, Sumqayıtda və sair kimi guşələrimizdə az qala at oynatmağa cəhd edən ermənilər işğal faktorundan sonra tamamilə fərqli vəziyyətə düşdülər. Biz onları bir daha torpağımızda otura - otura , suyumuzdan içə- içə azərbaycanlılara gəlmə xalq kimi baxmalarına imkan verməyəcəyik. Çox yaxşı dərk etməliyik ki, haylar hər zaman onun - bunun tulası rolunda iştirak ediblər və bundan sonra da alət olmaqda davam edəcəklər.
Yuxarıda deyilənləri nəzərə alaraq ilkin mərhələdə məhz Qərbi Zəngəzura qayıdış olduqca vacibdir. Bu gün Qarabağda ermənilərin hüquqlarından danışanlar qarşısında 1921 -ci ilin 30 noyabr- 1 dekabr qərarları ilə bolşeviklər tərəfindən Ermənistana verilən Qərbi Zəngəzura yerli əhali, çoxluq təşkil edən azərbaycanlıların qayıdışı məsələsi qabardılmalıdır. Qarabağ heç vaxt Ermənistanın tərkibində olmamışdır. Lakin, Qərbi Zəngəzur 1921 - ci ilə qədər Azərbaycanın daima tərkib hissəsi olmuşdur. Bu gün Azərbaycan şəhəri Gorusda konsulluq açmaq istəyən bəzi dövlətlər, o cümlədən BMT TŞ və beynəlxalq ictimaiyyət Qafqazın hər bir nöqtəsində tarixi ədalətin bərpa ediləcəyinə əmin olsunlar.
Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov.