Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bu vandalizm aktı strateji dostluğumuza xələl gətirə bilməz"-VAQİF ABDULLAYEV

"Bu vandalizm aktı strateji dostluğumuza xələl gətirə bilməz"-VAQİF ABDULLAYEV


Ötən gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına bir qrup dini radikal dəstə tərəfindən təşkil olunmuş hücum açıq-aşkar vandalizm və terror aktıdır. Həmin zərərli aksiyanı sifariş edənlər və rəvac verənlər kimliyindən və mənsubiyyətindən asılı olmayaraq beynəlxalq hüquq tərəfindən layiqli cəzasını almalıdır.

Hazırda cəmiyyətdə bu hücumun arxasında kimin dayanmasına dair çoxsaylı şübhələr var. İngiltərə polisinin həbs etdiyi dəstə “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri kimi təqdim olunur, onların arxasında hansi ideoloji mərkəzlərin, ölkələrin dayandığını müəyyən etmək üçün sözsüz ki, ədalətli, obyektiv və heç bir siyasi maraq olmayan dərin tədqiqatlara ehtiyac vardır. İstənilən halda bu dağıdıcı dini qrupun Azərbaycan səfirliyinə hücumunun, dövlət atributu olan Bayrağını endirməsinin arxasında siyasi sifarişin dayanması, ölkəmizə qarşı təhdidlərin planlı şəkildə təşkil olunması şübhə doğurmur.

Bu hadisənin Azərbaycan Ordusu tərəfindən Qarabağdakı Ermənistana məxsus qanunsuz silahlı birləşmələrin təxribatlarına cavab olaraq aparılan öldürücü “Qisas” əməliyyatı günlərinə təsadüf etməsi də bir sıra suallar doğur. Ermənistanı və onun terrorçu dəstələrini himayə edən, silahlandıran və maliyyələşdirən güclər az deyil, onların Azərbaycan dövlətinin uğurlu anti-terror əməliyyatlarından hansı sarsıntı keçirməsini də müşahidə etməkdədyik. Həmçinin, erməni terror təşkilatları və erməni lobbisi ilə, xüsusilə də Yaxın Şərqdə dərik kök salmış “Asala”, “Daşnakstyun”la ən sıx əlaqədə olan silahlı qruplaşmaların içərisində radikal islam terrorçu dəstələri öndə dayanır. Bu baxımdan, London təxribatlarında bu əlaqənin izləri də tədqiq olunmalıdır. Eyni zamanda, Boris Consonun ötən ay Baş nazir vəzifəsindən istefa verməsindən sonra Böyük Britaniyada müxtəlif sağ radikal qüvvələr də fəallaşıb.

Əlbəttə, baş verən bu xoşagəlməz hadisə çox böyük təəssüf doğurur, ancaq heç kim Londondakı təxribatlara görə, Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərini sorğu edəcək səlahiyyətə və sözə sahib deyil. Rəsmi Bakı ilə London arasında möhkəm, qarşılıqlı bərabər hörmətə və etimada əsaslanan münasibətlər mövcuddur. Böyük Britaniya hökuməti Azərbaycan Respublikasının ərazü bütövlüyünə, suvernliyinə, demokratik inkişaf iradəsinə hər zaman böyük etimadını nümayiş etdirmiş, ərazi bütövlüyümüzün təmin edilməsində prinsipial qəti mövqeyini bəyan etmişdir. 44 günlük Vətən müharibəsi günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hazırlanmış bəyanat layihəsinin əleyhinə veto qoyan ölkələrdən biri Böyük Britaniyadır. Rəsmi London BMT-nin bu anlaşılmaz addımını qeyri-obyektiv, qərəzli mövqe kimi qəbul edərək Azərbaycanın haqq səsinə səs verdi. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində
Birləşmiş Krallığın şirkətləri yaxından iştirak edir. Bu, həqiqi yaxın dostluğun, müttəfiqliyin nümunəsidir.

Sonda onu da unutmaq lazım deyil ki, dini şüarlar səsləndirən bu radikal dəstənin islam dini ilə heç bir əlaqəsi ola bilməz. İslam sülh, qardaşlıq və bərabərlik dinidir. Böyük Britaniya və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin kökündə də bu müqəddəs prinsip və dəyərlər dayanır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş