Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbrli diplomatik gedişlər etmək və fürsəti əldən verməmək lazımdır

Səbrli diplomatik gedişlər etmək və fürsəti əldən verməmək lazımdır


26 Avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri Laçın şəhəri, Zabux kəndi, Sus kəndi və digər ətraf əraziləri nəzarətinə götürdü. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev twitter sosial şəbəkə hesabından məlumat paylaşdı və Laçının artıq Azərbaycanın nəzarətində olduğunu bildirdi.

Əlbəttə ki, bütün baş verənlər Azərbaycanın ciddi uğuru və cavib qələbəsidir. Ona görə ki, rəsmi Bakı ermənilərin bu ərazidən çıxarılması prosesində demək olar ki, ciddi müqavimətlə rastlaşmayıb. Əlbəttə burada "Qisas" əməliyyatları da ciddi təkan vermiş oldu prosesə. Digər tərəfdən isə hesablanmış uğurlu siyasətin nəticəsi idi ki, bu işi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti məskunlaşmış rus hərbiçilərinin əli ilə həyata keçirdi. Yəni rus hərbiçiləri məcburi də olsa 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərindən irəli gələrək Azərbaycanın tələblərini yerinə yetirdi.

Verilən məlumatlara əsasən 31 Avqust 2022-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa Birliyi şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə yenidən biraraya gələcəklər. Bundan bir gün öncə isə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Moskvada görüşəcəkləri haqqında fikirlərin səsləndiyini eşitməkdəyik.

Burada belə qənaətə gəlmək olar ki,

Birincisi, rəsmi Bakı münaqişənin tam həlli üçün bundan sonra daha çox mərhələli şəkildə həll etməyə üstünlük verir. Bu da o deməkdir ki, 10 Noyabr 2020, 11 Yanvar 2021, 26 Noyabr 2021, 14 Dekabr 2021, 6 Aprel 2022 və nəhayət 22 May 2022-ci il üçtərəfli razılaşmalarında nəzərdə tutulan və hələdə icra edilməyən məsələləri, eləcə də müqavilədə göstərilməyən, amma təklif kimi irəli sürülən bəzi məsələləri də qarşı tərəfin yerinə yetirməsi strategiyasını tutub. Şübhəsiz ki, bu çətin prosesdir, amma hadisələrin gedişatı onu göstərir ki, söylədiklərim məsələlərin reallaşması istiqamətində addımlar atılır.

İkincisi, münaqişənin tam həllindən sonra regionda böyük dövlətlərin maraqlarını öz maraqlarına uyğunlaşdırmaq. Yəni Zəngəzur dəhlizinin açılmasınaq açıq şəkildə qarşı çıxmağa çalışan İran da, Avropa Birliyi, ABŞ və Türkiyə kimi güclərin regiondan olmasından son dərəcə narahat olan Rusiya da regionla bağlı böyük maneələr yaratmasın.
Digər tərəfdən Azərbaycan post-münaqişə dövründə müasir dövrə uyğunlaşmış konsepsiyaları nəzərə alaraq yeni xarici siyasət strategiyasını həyata keçirməyə çalışır ki, bunun da təməlində;

- regionda sülh və sabitlik,
- regional və beynəlxalq qrumlarla qarşılıqlı faydalı əməkdaşlıq,
- regional və beynəlxalq layihələrin həyata keçrilməsi, xüsusilə də enerji layihələrinin həyata keçrilməsi və s. amillər dayanır.

Bütün bu qeyd edilənləri isə həyata keçirtmək üçün həm səbrli diplomatik gedişlər etmək, həm də fürsəti əldən vermək lazım deyil. Məhz buna görə də Azərbaycan prezidenti cənab İlham Əliyevin hesablanmış siyasi gedişləri Azərbaycanın xarici siyasət strategiyasının proritetlər üzrə hərəkət etdiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan müəyyən zaman ərzində həm özünün beynəlxalq birlik tərəfindən tanınan Qarabağ bölgəsində tam suverenliyini bərpa edəcək, həm Zəngəzur dəhlizi məsələsini reallığa çevirəcək, həm də Ermənistanla sülh müqaviləsini imzalamağa nail olacaq.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri
Xəbəri paylaş