Brüssel platforması çərçivəsində keçirilən sayca dördüncü görüş, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ən şiddətli dövrünə təsadüf edir.Bölgədə baş verən hadisələrdən qaynaqlanan vəziyyətin Rusiyanın əleyhinə işlədiyini nəzərə alsaq, Brüssel görüşündən müsbət nəticələr gözləmək mümkündür. Yaranmış şərait, Ai-nı bölgədə nüfuz sahibi olmasına və Rusiyanın sıxışdırılmasına imkan verir.Bunun üçün beynəlxalq hüquqa əsaslanan konkret addımların atılmasına ehtiyac var.
Azərbaycan tərəfi uzun illərdir Ermənistanın separatçılıq və pozuculuq siyasətinə qarşı həm beynəlxalq platformalarda, həm də müharibə meydanında, məhz Qərbin və Rusiyanın ikili standartlardan dolayı, ədalətsizliyə qarşı durmadan mücadilə aparan bir ölkədir.Azərbaycan ictimaiyyəti haqlı olaraq Qərbin və Rusiyanın ədalətinə şübhə ilə yanaşır. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının arxasında məhz bütün dönəmlərdə Qərb və Rusiya durub. Artıq dünya dəyişir və zaman da yerində durmur.Yeni dünya, yeni siyasət adamlarının baxışlarında öz rəngini dəyişməyə məcbur edir. Ermənistanın oyunlarının sonu olmalıydı və bu baş verməkdədir.Heç bir ölkənin sabit olmayan Ermənistana əbədi faydalı olmaq öhdəliyi yoxdur.
Azərbaycan isə bütün bu olub bitənlər fonunda regionda böyük layihələr həyata keçirir və beynəlxalq layihələrdə iştirak edir.Azərbaycan Ermənistandan fərqli olaraq dünya iqtisadiyyatına öz töhvəsini verməkdə davam edir.Butün bu lahiyələr inkişaf yolu tutmuş Azərbaycanı güclü və söz sahibi edir.Azərbaycan ərazi bütövlüyünü öz gücünə,öz hərbi gücü sayəsində bərpa etdi.Aİ-nın atacağı addımlar Azərbaycan üçün də bundan sonra çox maraqlıdır. Aİ itirdiyi nüfuzunu məhz Cənubi Qafqazla bağlı siyasətində, mühüm əhəmiyyət kəsb edən addımların atılmasıyla bərpa etməyə səy göstərməlidir.
Çingiz Şahbazi-siyasi şərhçi