ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, orada verdiyi bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına xidmət etmir. Bu, açıq şəkildə Pelosinin öz siyasi ambisiyaları və lobbi maraqlarına xidmət edən fəaliyyətidir. Burada öz yarıtmazlığı ilə artıq tarix olan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu dirçəltmək cəhdi də açıq görünür. Bu yanaşma ilə 85 yaşlı Pelosi Ermənistan üzərindən regionda müdaxilə siyasətini reallaşdırmağa cəhd edir. Bu mövqe regionda gərginlik yaradaraq, ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflədir.
Bu, Pelosinin siyasi karyerasının ilk təcrübəsi deyil. O, Tayvana da provokativ və qızışdırıcı səfər etməsilə yadda qalıb. "Əslində Fransada səfirliyimizə hücum edilməsi gözlənilən idi. Çünki heç kəsə sirr deyil ki, Fransada ermənilər kifayət qədərdir. Fransa polisi bunun üçün oradakı diplomatlarımızın təhlükəsizliyini təmin etməyə borclu idi. Ölkənin hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etmədiklərinə görə erməni vandalları asanlıqla əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Məhz buna görə də baş verənlərlə bağlı bütün məsuliyyət Fransa hökumətinin üzərinə düşür.
"Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün bütün müvafiq tədbirlər görülməlidir". Yəni 1961-ci ilin Konvensiyasına əsasən, Fransa dövləti baş verənlərə görə birmənalı məsuliyyət daşıyır. Pelosinin Ermənistana səfəri qlobal səviyyədə ABŞ-ın etdiyi növbəti gedişdir. Ukraynada müharibənin başlaması üçün əlindən gələni edən, Pelosinin Tayvan səfəri ilə yeni bir münaqişə mərkəzi yaratmağa cəhd edən, Yunanıstanı ciddi şəkildə qızışdıraraq Türkiyə ilə savaşa təhrik edən, Kipr üzərindən silah embarqosunu götürən ABŞ indi öz rəsmisini Ermənistana səfərə göndərir və bunu “planlaşdırılmamış” adlandırır. Bəlkə də Amerikanın klounu olan Paşinyanı Azərbaycanla sərhəddə provakasiyalar törətməyə məcbur edən də elə ABŞ-ın özüdür. Görəsən sərhəddə Ermənistanın törətdiyi növbəti təxribatın ABŞ Dövlət Departamentinin Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin Ermənistanda səfərdə olan zaman baş verməsi də təsadüfdürmü?! Siyasətdə heç vaxt təsadüflər olmur.
Təsadüfi olmayan başqa bir məqam da içərimizdə olan radikalların aktivləşməsidir. Xarici dairələrə bağlılıqları gün kimi aydın olan bu qüvvələrin səsləndirdiyi bəyanatlar demək olar ki, erməni rəsmilərinin və anti-Azərbaycan dairələrin bəyanatları ilə eynilik təşkil edir. Əslində burada qəribə bir şey yoxdur. Çünki tezislər eyni mərkəzdən və dolayısı yolla sifarirşlər də eyni yerdən gəlir. Bizim içərimizdə olan beşinci kolonun nümayəndələrinin kefləri indilərdə yaxşıdır. Çünki bu aralar onları maliyyələşdirən dairələr böyük səxavətlilik göstərirlər. Heç bir dəyər anlayışı olmayan içimizdəki xainlər, pul xatirinə ruhlarını satmışlar şəhidlərimizin ruhlarına hörmət etməyərək vətəni də satırlar. Əgər, diqqət etsək istər içərimizdə olan siyasi meyitlərin, istərsə də xaricdə yaşayan söyüş bloqerlərinin eyni havanı oynadıqlarını görərik. Çunki, musiqini çalan eyni musiqiçilərdir. Hər tərəfdən Azərbaycan dövlətinə təzyiq etməyə cəhd edirlər. Bunlar hamısı cəhd olaraq qalacaq. Çunki Azərbaycan güclü dövlətdir, onun müzəffər Ali Baş Komandanı var, xalqımız dövlətçiliyimiz və vətənimiz üçün son damla qanına qədər vuruşmağa hazırdır. Bu isə Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşılması qənaəti yaradır. Bir tərəfdən MQ-nu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. Avqustun 31-də Brüssel görüşündə real nəticələrin olmaması da bu siyasətin nəticəsi idi. Məhz bu dəstəkdən cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edərək, genişmiqyaslı təxribatlara əl atdı. Kimin dəstək verməyindən asılı olmayaraq, regionda söz sahibi, postmünaqişə dövrünün şərtlərini diktə edən tərəf Azərbaycandır. 30 illik işğala 44 gündə son qoyaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün sərhədlərinin də təhlükəsizliyin təmin edir. Bu məsələdə heç kim rəsmi Bakının daxili işlərinə qarışa bilməz. Ermənistanda da kənar dəstəklərə arxalanmaqdansa, siyasi-diplomatik provokasiyalarla alternativ gündəlik yaratmaqdansa sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu