Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibə senarisinin "Türkiyə-Yunanıstan" münasibətlərinə köçürülmə ehtimalı.

Rusiya-Ukrayna müharibə senarisinin "Türkiyə-Yunanıstan" münasibətlərinə köçürülmə ehtimalı.


Müasir dövrün ən güclü sərkərdəsi İqtisadiyyatdır.

Onun atı qıratdan, qılıncı misri qılıncdan, özü Koroğludan güclüdür.

Əgər bir ölkənin iqtisadiyyatı güclü deyilsə, ola bilsin, bir müddət xarici siyasi gedişlərlə düşməni qorxuda, cəlbedici ritorika ilə publikanı ələ ala bilər, hətta dünya onu güclü dövlət saya bilər. Amma dünyanın beyin mərkəzlərini aldada bilməz. Onlar məqamı gələndə onun şişirtdiyi köpüyü bir iynənin ucu ilə partladar və bütün dünyaya göstərər ki, bu sadəcə irinli bir köpük imiş. Hansı ki biz Rusiyanın şişirtdiyi köpüyün deşilməsini canlı görürük.

Mənim narahatçılığım Türkiyədəndir. Çünki, Azərbaycanın yanında dağ kimi duran Türkiyəyə sevgimiz sonsuzdur. Amma kim əmin edə bilər ki, Rusiya-Ukrayna senarisinin "copy/paste"i Türkiyə-Yunanıstan üçün hazırlanmır?!
Bəli, bu gün Türkiyə Rusiya və Qərbin ortasında dayanıb, tərəfsizlik nümayiş etdirir. Taxıl məsələsində, əsirlərin dəyişdirilməsində və bir sıra məsələlərdə həlledici rol oynayır və bu da Türkiyənin nüfuzunu qaldırır. Amma bu eyforiya yaratmamalıdır. Bir incə məqama diqqət etmək lazımdır. Bütün bunu Amerika istəyir. Amerika istəyir ki, əsirlər dəyişsin, Amerika istəyir ki, taxıl böhranı aradan qalxsın. Amerika istəyir ki, lazım gəldikcə ortada vasitəçi ola biləcək Türkiyə qalsın. Amma bir gün Ukraynada istəyinə çatandan sonra vasitəçiyə də ehtiyac qalmayacaq. Bax onda, Allah Türkiyəni arxasında bütün qərbin duracağı Yunanıstandan qorusun.

Aydındlr ki, Türkiyə ikilikdə qalarsa Yunanıstanı sözün həqiqi mənasında qısa müddətdə çökdürər. Amma qərbin Yunanıstana silah və digər dəstəyi olarsa hər şey dəyişər. Hətta silah köməyi olmasa belə, sanksiyalar bəs edəcək ki, Türkiyə çöksün. Çünki onun Rusiya kimi valyuta ehtiyatı və təbii resursları yoxdur. İlk sanksiya dalğası dağıdıcı ola bilər.

Amma ümid edək ki, hələ Yunanıstan-Türkiyə senarisindən əvvəl Amerikanın İran və digər senariləri var. Odur ki, Türkiyə xarici siyasətindəki uğurların eyforiyasından çıxaraq daxili iqtisadiyyatını gücləndirməli və eyni zamanda tərəf seçməlidir. Çünki, təcrübə onu göstərir ki, dünya müharibələrində tərəfsiz qalan ölkələrə qarşı müharibə bitdikdən sonra qalib ölkələrin münasibəti çox sərt olur. Onlar tərəfsiz qalan ölkəyə elə məğlub ölkələrə olan münasibəti göstərirlər.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş