Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa o dövrün vasitəçisi kimi normallaşma istiqamətində ən qərəzli mövqe tutan tərəf kimi yadda qalıb

Fransa o dövrün vasitəçisi kimi normallaşma istiqamətində ən qərəzli mövqe tutan tərəf kimi yadda qalıb


Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində bir daha bəyan etdi ki, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Rəsmi Bakı öz daxili məsələlərini kənar tərəflərlə müzakirə etmir və etməyəcək. Fransanın timsalında regionda sülhü pozmaq cəhdləri yolverilməzdir. Makron Ermənistanın vəkili qismində çıxış etsə də onun bu regionda vasitəçi qismində iştirakı mümkün deyil. Dövlət başçımızın da xatırlatdığı kimi, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Fransa da o dövrün vasitəçisi kimi normallaşma istiqamətində ən qərəzli mövqe tutan tərəf kimi yadda qalıb. Elə bu səbəbdən Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

İki il ərzində yalnız sülhü pozmaq istiqamətində bəyanatlar verən, Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Fransa indi Brüssel formatını mənimsəməklə özünə nüfuz qazanmaq istəyir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalarda Azərbaycanı ittiham edən Fransa prezidenti unudur ki, bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı davam edən mina və snayper terroru idi.

Azərbaycan heç zaman Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşdə də sərhəd yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu.

Məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərmək olan missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Azərbaycan bu missiya ilə əməkdaşlıq edəcək, amma bu, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası demək deyil. Yəni, Prezident İlham Əliyev Astanada bəyan etdi ki, Praqa görüşündə Fransa prezidentinin iştirakı Azərbaycanın icazəsi ilə baş tutdu, burada rəsmi Bakı sadəcə, xoşməram sərgilədi. Amma dövlət başçımızın da bəyan etdiyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.

Üstəlik, Azərbaycanın sərgilədiyi xoş məramdan sonra Fransa hökumətinin radikal və qərəzli münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində rəsmi Parisin hər hansı rol oynamasından söhbət gedə bilməz. Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatları Bakının bu qətiyyətli mövqeyində haqlı olduğunu bir daha təsdiləyir.

Könül Nurullayeva

Millət vəkili
Xəbəri paylaş