Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran üçün regionda ən sərfəli və rentabelli marşrut Zəngəzur dəhlizdir

İran üçün regionda ən sərfəli və rentabelli marşrut Zəngəzur dəhlizdir


Son günlərdə İran hökumətində Zəngəzur dəhlizinin reallaşmasına mane olan qüvvələrin fəallığı daha da artıb. İran hesab edir ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədinin kəsilməsinə səbəb ola bilər. Belə cəfəng iddialar tamamilə əsasszıdır və əksinə bu dəhliz sərhəd bölgəsində çoxtərəfli geniş kommunikasiyaların qovuşmasını və bütün regiona ölkələrinin vahid nəqliyyat sistemi şəbəkəsində birləşməsini nəzərdə tutur. İlk növbədə qeyd edək ki, Azərbaycan hökuməti İranla ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün infrastrukturun yaradılmasına dair müqavilə imzalayıb. Əldə olunmuş razılığa əsasən, 2022-ci il sentyabrın 22-də Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutub. Yəni, bu layihə də Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizi İranla bütü ölkələr arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir və İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlışdır.

Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region ölkələrinə,o cümlədən İran və Ermənistana yeni iqtisadi imkanlar yarada bilər. Bu dəhlizindən Azərbaycan və qardaş Türkiyə ilə bərabər, Rusiya, İran, Orta və Uzaq Asiya ölkələri istifadə edəcək, dəhlizin region üçün faydası daha çoxdur. Dəhliz imkan verir ki, bütün ölkələr öz mallarını bu dəhliz vasitəsi ilə Türkiyə vasitəsilə Orta Asiya və Avropaya nəql etsin. Eləcə də İrran üçün bu dəhlizin Avropaya asan və daha qısa yolla çıxışına imkan yaranmış olur. Eləcə də, Qərb, Ərəb dövlətləri, o cümlədən Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər xarici ölkələr faydalana bilər.

İran və Ermənistanı Zəngəzur dəhlizi layihəsinin çəkilişinə maneə yaratmasında müxtəlif beynəlxalq güclərin, xüsusilə də Fransanın rolu böyükdür. Həmin güclər müxtəlif vaxtlarda Ermənistan və İranı Zəngəzura guya “alternativ dəhliz”in mümkünlüyünü inandırmağa çalışır, Qafqaz dəhlizi adlandırılan bu yolun Ermənistan və Gürcüstan üzərindən keçməklə Qara dəniz vasitəsilə Avropaya çıxışının təmin ediləcəyini iddia edirlər. Ortaya atılmış belə bir perspektivi olmayan layihəni heç bir beynəlxaql təşkilat, aparıcı ölkələr dəstəkləmir. Çünki logistika və tranzitlər üçün heç bir perspektivi yoxdur, bu “layihə”nin iqtisadi rentabelliyi yoxdur, əlverişsiz geocoğrafiyanı əhatə edir, çətin relyefi və kəskin iqlim şəraitində nəqliyyat axıcılığını pozur, həm də daha böyük ərazini əhatə etməklə xərcləri artırır, daşınma-logistika xərcləri yüksəkdir. Həmçinin, beynəlxalq nəqliyyat qovşağı kimi statusa malik ola bilməz. Ona görə də, İran özü də bilir ki, onlarin ortaya atdığı bu layihə iqtisadi baxımdan sərfəli deyil, ancaq siyasi iddiaları və regionda Azərbaycan və Türkiyənin güclənən iqtisadi nüfuzu müxtəlif qüvvələri narahat etdiyindən Tehranı bu oyunlara alət edirlər. Ona görə də, İran hökuməti anlamalıdır ki, həm onun üçün, həm də yaxın dost və qardaş hesab etdiyi Ermənistan üçün də ən sərfəli və rentabelli marşrut Zəngəzur dəhlizi layihəsidir.

Zəngəzur dəhlizi ilə bağlı digər vacib məqamlardan biri də Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaradır. Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması iqtisadi potensialın artırılmasında xüsusi rol oynaya bilər. Həmçinin, bir neçə gün əvvəl Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində bu nəqliyyat-kommunikasiya qovşağının əhəmiyyətinə toxunuldu.

Aydın Hüseynov-Milli Məclisin deputatı
Xəbəri paylaş