“Fransa senatının ölkəmizə qarşı qəbul etdiyi qətnamə tamamilə həqiqətdən uzaq və təxribat xarakterli bir addımdır. Uzun illər Minsk qrupunun həmsədrlərindən biri olan rəsmi Paris, qəbul etdiyi qətnamə ilə öz xarici siyasətinin əsl mahiyyətini nümayiş etdirdi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin Beynəlxalq məsəllər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bununla Fransa özünün formalaşdırmağa çalışdığı sülh sevər imicini ləkələmiş oldu və rəsmi Parisin NATO tərkibində müxtəlif ölkələrdə sülh yaratmaq misiyası adı altında keçirdiyi hərbi əməliyatların əsl mahiyyətinin işğalçılıq niyyəti olması öz təsdiqini tapdı:
“Rəsmi Paris, Azərbaycanın iki il öncə Qarabağda işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfəri heç cür qəbul etmək istəmir. Bu minvalla, hələ müharibənin başladığı ilk saatlardan Fransa rəsmiləri ölkəmizə qarşı çıxışlar etdilər, beynəlxaq təşilatları, digər dövlətləri Azərbaycana qarşı adımmlar atmağa təhrik etdilər. Lakin cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun gücü və xalqımızın birliyi Fransanın və onun mövqeyindən çıxış edən dövlətlərin planlarını pozdu. Otuz ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, sırf Azərbaycanlı, türk olduğu üçün amansız metodların tətbiqi ilə öldürülən müki əhalini, Xocalı soyqırımı kimi dəhşətli qətliyamı, şəhər və kəndlərin talan edilməsi, yüz minlərlə məcburi köçkünlərin hüquqlarının tapdalanmasını göz ardı edən bu qətnamə, Azərbaycan-Ermənistan münasibətlərini daha da gərginləşdirməyə və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını əngəlləmək üçün atılmış bir siyasi gedişdir. Çünki Makron höküməti haylar arasında revanşist meyllərin artdığını bilir və bu kimi əməllərlə onları ruhlandırıb yeni münaqişə yaratmaq məqsədi güdür”.
AVP rəsmisi deyir ki, Azərbaycan və Türkiyənin güclənməsini istəməyən Paris, regionda gərginliyin artmasında maraqlıdır:
“Nəzər yetirmək lazımdır ki, Türk Dövlətlər Təşkilatının nüfuzunu artırması və yeni iqtisadi maşurutların, xüsusi ilə tarixi İpək yolunun təşkilat üzvlərinin ərazisindən keçərək Avropaya istiqamətlənməsi Fransanın maraqları ilə ötüşmür. Bu səbəbə rəsmi Paris, Azərbaycan-Ermənistan və Türkiyə-Yunanıstan arasında hər daim hər hansı bir gərginliyin olmasında maraqlıdır.Əlavə olaraq da Fransa özünün Aralıq dənizində olan maraqlarına ən böyük təhdid kimi Türkiyəni görür və Misir, Cənubi Kipr, Yunanıstan kimi ölkələri qardaş ölkəyə qarşı bir cəhbədə mübarizə aparmağa sövq edir”.
Mehman