Hər şey 44 günlük müharibə ilə və yaxud, həmin müharibədən sonra başladı. İkinci Qarabağ müharibəsi Azərbaycanın öz dostlarını da, düşmənlərini də tanıması baxımından ayırıcı xətt rolunu oynadı. 44 günlük müharibə gerçək düşmənlərimizin maskalarını yırtdı. 27 sentyabr 2020-ci ilə qədər üzdə özünü bizə dost kimi göstərən, lakin əsl həqiqətdə isə işğalçı Ermənistanı və separatçı erməniləri dəstəkləyən bəzi ölkələrin İkinci Qarabağ müharibəsindən sonra iç üzləri açıldı.
Ermənistanın kapitulyasiyası ilə və 10 noyabr üçtərəfli razılaşması ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra İran və Fransa artıq ənənəvi “ikili standartlar” siyasəti ilə hərəkət etməyə ehtiyac duymadılar. Bu ölkələr ikisi də Azərbaycana qarşı açıq “kart”la oynamağa başladılar. İndi nə mollalar, nədəki müsyölər ölkəmizə qarşı açıq-aşkar düşmən mövqe tutduqlarını gizlətmirlər. Onlar Azərbaycana qarşı sinxron hərəkət edirlər. Və ikisi də mahiyyətcə eyni siyasət yürüdür.
Fars-molla rejimi də, Makron hökuməti də Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq Qələbəni həzm eləmir. Tehran da, Paris də Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, İran və Fransanın son iki ildəki davranışlarından belə məlum olur ki, bu ölkələr Azərbaycanın öz tarixi əzəli torpaqlarını erməni işğalından azad etməsini əsla istəmirlərmiş.
Maraqlıdır, niyə məhz İran və Fransa?
Nə milli, nə dini, nədəki mədəni dəyərlər bir-birilə iynənin ucu qədər də yaxınlığı, identikliyi olmayan bu iki şər dövlətini bir araya gətirən nədir? Erməni sevgisimi?
Yox, əsla!
Fransız ziyalılarının ermənilər haqda səsləndirdiyi fikirlərə ötəri bir nəzər salsaq görərik ki, Fransanın ziyalı təbəqəsi hiyləgər və fürsətçi ermənilərə əsl həqiqətdə dərin nifrət hissi bəsləyir. İran şair və tarixçilərinin də erməni xalqı haqda təntənəli, müsbət sözlər söylədiyinə heç yerdə rast gəlməmişik. İranın sabiq prezidenti Həsən Ruhaninin 2016-cı ildə İrəvana səfəri zamanı “İran və Ermənistan eyni mədəniyyətdən gəlir. İki xalq hər zaman dostluq və qardaşlıq içində yaşayıb. Biz Ermənistanı hər zaman dost ölkə kimi görmüşük”, deyə ermənilərə xitab etməsi də içdən gələn səmimi sözlər yox, sırf diplomatik etiket və rəsmi protokol xatirinə dilə gətirilən şablondan başqa bir şey deyildi.
Bəs elə isə İran və Fransanı bir araya gətirən nədir? Onlar hansı ortaq maraqlar birləşdirir? Bax, bu barədə ciddi-ciddi düşünməyə dəyər.
Məsələ burasındadır ki, Fransa da, İran da Ermənistana ilk növbədə öz geosiyasi maraqları üçün istifadə edə biləcəkləri vasitə kimi, marionet dövlət kimi baxır. Ermənistan Fransanın da, İranın da Cənubi Qafqazda işinə yarayır. Ermənistan Fransaya bu bölgədə öz varlığını nümayiş etdirmək və təsir imkanlarını qoruyub saxlamaq üçün lazımdır. Mollalar isə Ermənistana hər tərəfdən sanksiyalar və embarqolar məngənəsində sıxılan İranın Avropaya, dünyaya açılan yeganə pəncərəsi, nəfəsliyi kimi baxırlar. Məhz buna görə də bu “cırtdan” ölkə İran və Fransa üçün vazkeçilməz bir müttəfiqə, “müqəddəs qırmızı xətt”ə çevrilib.
Ermənilər isə əldən-ələ keçən fahişə qadın və ya gümüş pul rolunu məmnuniyyətlə oynamağa hər zaman hazır olublar və bu gün də bu murdar rolu sevə-sevə oynayırlar. Onlar üçün “ağa”nın kim olmasının elə də ciddi önəmi yoxdur. Dünənə qədər Putinin əlini öpən ermənilər, bu gün isə Tehranda, Parisdə, Vaşinqtonda birinci şəxslərin qəbuluna düşmək üçün hər şeyə hazırdırlar.
Bəli, zaman dəyişir, paytaxtlar dəyişir, müttəfiqlər dəyişir, dəyişməyən yeganə şey isə erməni xislətidir. Ermənilər müttəfiqlərini əlcək kimi dəyişməyə davam edirlər. Lakin təcrübə göstərdi ki, bu xislət sonda onlara uğur qazandırmaq gücündə deyil. 44 günlük müharibənin sonundakı ağır məğlubiyyət ənənəvi erməni xislətinin erməni millətini böyük fəlakətlərə dücar edəcəyinin sübutu oldu. Bu gün Fransa və İranın Ermənistan üzərindən oynadıqları geosiyasi oyunlara da erməniləri gözləyən növbəti fəlakətlərin işartıları və tərkib hissəsi kimi baxmalıyıq. İblislərin oyunları sonda iblislərin elə öz məğlubiyyəti ilə bitir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri