Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə sistemimiz milli maraqlarımızın ehtiva olunduğu bütün çağırışlara hazırdır-DEPUTAT

Ədliyyə sistemimiz milli maraqlarımızın ehtiva olunduğu bütün çağırışlara hazırdır-DEPUTAT


Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında ifadə olunmuş konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq və xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi ali niyyətlərin realizəsi prosesində heç şübhəsiz ki, Ədliyyə orqanları müstəsna rola malikdir. 104 yaşlı Azərbaycan ədliyyəsinin keçdiyi şərəfli tarixi yola nəzər salsaq, fəaliyyətinin bütün dövrlərində, xüsusən müstəqilliyimizin yeni hüquq erası hesab edilən 1995-cü ildən Ədliyyə sisteminin bu ali dəyərlərə daim sadiq qaldığının şahidi olarıq. Ölkədə ilk dəfə Ədliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilsə də, ədliyyə orqanlarının inkişafı, yenilənməsi və cəmiyyətdə nüfuz qazanması müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın işğalından sonra sovetlər birliyi dövründə ləğv edilərək fəaliyyətinə uzun müddət ərzində lüzum görülməmiş Ədliyyə Nazirliyinin fəaliyyəti yalnız 1970-ci ildə dahi liderin Azərbaycana rəhbərliyi dönəmində bərpa olunmuş, daha doğrusu ədliyyə fəaliyyəti tamamilə yenidən qurulmuşdur.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, müstəqilliyin ilk illərində isə bütün sahələrdə müşahidə edilən anarxiya, özbaşınalıq, səbatsız idarəçilik Ədliyyə faəliyyətinə də köklü təsir etmiş, Ədliyyə orqanlarının nüfuzu ciddi şəkildə zədələnmiş, xüsusən məhkəmə sistemi siyasiləşmişdi:

"Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Ədliyyə sistemi arınmış, yenidən dirçəliş dönəminə qədəm qoymuş, ölkədə Konstitusiya islahatları başda olmaqla çoxsaylı hüquqi reformlarda Ədliyyə Nazirliyi aparıcı orqan kimi müasir dövlətçilik tariximizdə şərəfli iz qoymuşdur. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi isə qurumun tarixində yeni bir dönəm başlatmışdır. 2006-cı ildə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təstiqi ilə orqan qarşısında yeni çağrışların ehtiva olunduğu 70-dən artıq vəzifə müəyyənləşdirilmiş, ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilən islahatların tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesində Ədliyyə Nazirliyinə aparıcı rol həvalə edilmişdir.
Aydındır ki, müasir qlobal çağırışlar yalnız rəqəmsal cəmiyyətin inkişafın aparıcı qüvvəsinə çevrilə biləcəyini nümayiş etdirməkdədir və artıq ölkəni rəqabətdə irəli aparmaq üçün ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən və innovativliyi stimullaşdıran ekosistem qurulması ilkin zərurətdir".

Deputat daha sonra qeyd edib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəaliyyətin ilk dövründən bu reallığı müdrikliklə proqnozlaşdıraraq yeni dövrün tələblərinə uyğun normativ hüquqi bazanın formalaşdırılması, habelə idarəçiliyinin təkmilləşdirilməsi üçün bir sıra addımlar atmış, xüsusən də islahatların yeni mərhələsi hesab edilən 2018-ci ildən etibarən bu proses yeni fazaya qədəm qoymuşdur. Sevindirici haldır ki, qlobal çağırışlar fonunda qeyd edilən istiqamətdə cənab Prezidentin islahat kursunun tələblərinə münasibətdə transformasiyaya start verən ilk strukturlardan biri məhz Ədliyyə orqanları olmuşdur. Nazirlik artıq ötən dövr ərzində ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi məsələləri başda olmaqla çox saylı məsələlərin həlli istiqamətində ciddi irəliləyişə nail olmuş, xüsusən “Elektron icra” və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması və istifadəsinin təşviqi üçün mühüm addımlar atılmışdır. Hazırda isə Ədliyyə Nazirliyi fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə elektron xidmətlərinin formalaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, ağıllı sistemlər əsasında idarəetməni optimallaşdırmaqla vətəndaş məmnunluğunun artırılması istiqamətində çox ciddi konseptual fəaliyyətə start vermiş, nəticədə ədliyyə sferasında inklüziv innovasiya ekosistem qurulması istiqamətində çox ciddi işlər görülməkdədir. Eyni zamanda rəqəmsal mühitin tələbi ilə hazırda rifah meyarının mahiyyətinin dəyişməsini nəzərə alsaq, Ədliyyə Nazirliyinin smart xidmət konsepsiyasının müxtəlif istiqamətlərdə əhatə dairəsinin genişlənmə strategiyası, o cümlədən müasir rəqəmsal innovasiyaların tətbiqi prosesini uğurla davam etdirməsi vətəndaş məmnunluğuna, ictimai etimada nail olmaq baxımdan çox strateji addımlar hesab edilməlidir".

Millət vəkili deyib ki, 44 günlük savaşda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan böyük Zəfərdən sonra Azərbaycanın artan nüfuzu hazırda Ədliyyə orqanları qarşısında da yeni çağırışlar müəyyən etmişdir:

"Əminliklə demək olar ki, bu gün innovativ yanaşmalar, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, mövcud infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi fonunda özünün yüksəliş dövrünü yaşayan Ədliyyə sistemimiz milli maraqlarımızın ehtiva olunduğu bütün çağırışlara hazırdır.
Bu gün, yaranmasının 104-cü il dönümündə Ədliyyə Nazirliyinin rəhbərliyi başda olmaqla qurumun bütün heyətini peşə bayramları, o cümlədən, dövlət başçısının dünənki Sərəncamları ilə ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq görülən əməkdaşları onlara böyük etimad göstərilməsi münasibəti təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq".

Anar Əliyev
Xəbəri paylaş