Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə Prezidentin bu günki, Rumuniya səfərilə ciddi fazaya keçir. Bu günün gündəmi cənab Prezidentin Rumıniyaya işgüzar səfəridir. Səfər çərcivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, bu böyük gələcəyə sahib bir Saziş olacaq:
"Əvvəla ona görə ki, gələcək yaşıl enerjinindir. İkinci ona görə ki, Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə hazırlanır. Bu iş xırda iş deyil. Orda yaradılacaq infrastruktur geniş imkanlı olacaq ki, illər sonra da ixrac həcmi artıqca ötürmə gücü yetərli olsun. Üçüncü isə ona görə ki, Azərbaycan böyük alternativ enerji imkanlarına malikdir. Hazırda isə bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi potensialı 23 000 MVt, külək enerjisi potensialı 3 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. 2036-cı ilədək isə Azərbaycan təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçir və tam realdır".
Eldəniz Əmirov qeyd edib ki, bu sazişdə Rumuniya ilə bərabər Macarıstanın da yer almasının isə səbəbi çox ciddidir. Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək:Belə ki, Azərbaycan birinci böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və əvvəlcə Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya tədarük ediləcək:
"Amma Qaradənizin dibi ilə kabellər vasitəsilə xətlərin çəkilməsi üçün Avropa İttifaqını dəstəyini almaq lazımdır. Layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı zəruridir. Buna görə də Macarıstan da bu plana qoşuldu. Nəticədə tərəflərin hər biri üçün əlverişli vəziyyət yarandı.
Sonrakı illərdə isə enerji istehsalaı artıqca digər Avropa ölkələri, o cümlədən, Xarvatiya, Serbiya və digər ölkələr də bu potensialdan yararlana biləcəklər. Bunun isə Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər isə hamımıza məlum məsələdir".
Anar