Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələcəyimizi nailiyyətlərdən məhrum etməyin!

Gələcəyimizi nailiyyətlərdən məhrum etməyin!


Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir.
Amma təəssüf olsun ki, son dövrlər artıq bir çox orta məktəblərdə, bu fənnlər tarixin arxivinə qovuşur. İbtidai sinif müəllimlərinin əmək, təsviri incəsənət (rəsm), idman dərslərinin cədvəldə olduğu saatlarda uşaqlar riyaziyyat dərsindən misal və məsələ edirlər.

Nəzərə alsaq ki, bu gedişlə balaca nəslin nümayəndələri heç bir fiziki hərəkətlər, rəsm çəkmək qabliyyətlərinin olmaması, elementar oval, dairə, üçbucaq kimi həndəsi fiqurları belə valideynlərin köməyi olmadan çəkə bilmirlər.
Rəsm çəkmək incəliklərini bizə orta məktəbdə öyrədirdilər. Əmək dərsini səbirsizliklə gözləyirdik. Tikmə-biçmə, evdarlıq, yemək hazırlama texnologiyasını öyrənirdik.

"İdman dərsi” dediyimiz fənn "Bədən tərbiyəsi” adlanır. Bu ad da əbəs yerə seçilməyib. Bu dərsin məqsədi o yaşdakı şagirdlərdə bədən quruluşunun düzgün inkişafına və formalaşmasına kömək etməkdir. Uşaq günün böyük bir qismini məktəbdə parta arxasında olduğu üçün bu dərsin tədrisi vacibdir. İdman dərsində yorucu dərs gününün sonunda müəlliməmizin Kim sevirsə idmanı, Poladdan olar canı. BİR, İKİ, ÜÇ, DÖRD xoş cana yaxın, məlahətli səsi ilə ilkin hərəkətləri edirdik.

İbtidai sinif müəllimlərinin texniki fənnlərə olan sevgisi gələcəkdə rəssam, dərzi, aşbaz, idman peşələrinə yiyələnmək istəyənlərin sayını azaldacaq.

Əziz və hörmətli müəllimlər! Ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi sözlərlə yekunlaşdırıram: Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

GƏLƏCƏYİMİZİ BU NAİLİYYƏTLƏRDƏN MƏHRUM ETMƏYİN!

Həcər Məlikova
Xəbəri paylaş