Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlarımıza, ətrafımıza daim ədalətli olmağı əməllərimizlə göstərməli və aşılamalıyıq

Uşaqlarımıza, ətrafımıza daim ədalətli olmağı əməllərimizlə göstərməli və aşılamalıyıq


Bu gün cox insanlar var ki, sinəsinə döyərək ədalətli insan olduqlarını sübut etməyə calışırlar. Ancaq coxları unudublar ki, ədalətli olmaq zülm etməmək, hər kəsə haqqını vermək və ən əsası layiq olduğunu verməkdir. Ədalətli olmaq hamı il eyni şəkildə davranmaq yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşmaqdır. Ədalətli adama adil deyirlər. Bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil olmasıdır. Kimə nə edəcəyini, necə davranacağını və haqqının nə olduğunu bilməyən adam davamlı olaraq haqq yeməyə və zülm verməyə meyilli olur. Niyə? Çünki cahil adam ədalətli ola bilməz. Ədalətli olmağı özünə hədəf seçənlər bilmədiyi mövzularda nə danışar, nə də onları müzakirə edər. Ədalətli şəxslər tanımadığı adamlar haqqında hökm vermək, onlar haqqında nəsə yanlış söz söyləməkdən və iftira-şər atmaqdan çəkinər və qorxarlar. Bu məsələyə həssas yanaşarlar. Ədalətli insan mərd olduğu qədər, həm də mərhəmətlidir. Ancaq onun mərhəməti saxta deyil, tam səmimidir. Belə adamların qəlbində sevgi olar və həmin sevgi onları ədalətli olmağa sövq edər. Qəlbində səmimi sevgi olmayanlar qorxaqlığa, yaltaqlığa meyilli olurlar və onların daimi maddi gözləntiləri olur. İş yerində, ailə daxilində və olduğu hər yerdə problemləri ədalət psinsipinə söykənərək həll etməyə çalışırlar.

Montaigne deyirdi ki, ədalətin olmadığı yerdə, əxlaq da yoxdur. İndi başa düşürsünüz ki, günü-gündən xidmətdə ədalətsizliyin miqyası bu qədər genişlənir?!

Təəssüf ki, bizə uşaqlıqdan “ədalətli ol” yerinə, sadəcə, “yaxşı insan ol”- deyilir. Bu isə məhdud tərbiyədir. Yaxşı olmaq kifayət etmir. Cəsarətin simvolu sayılan ədalətli olmaq xüsusiyyəti bir adamda çatışmırsa, o şəxs, ilk aldığı zərbə ilə yaxşı olmağı da buraxacaq. Belə olan halda da qorxu və maddi gözləntilər ilə cəmiyyətin əsarətdə olan fərdlərindən birinə çeviriləcək. Bax buna görə də bu gün xidmətimizdə birlik, bərabərlik yoxdur. Bu cür dəhşət halların yaşanması çox normal və təbiidir. Çünki nə ailə, nə məktəb tərbiyəsində bizə ədalətli olmağı başa salmırlar. Heç yerli ədəbiyyatımızda da ədalətli olmağa çağırışlara çox rast gəlinmir. Nəticə də şübhəsiz belə olmalı idi. Hətta kiminsə yanında “ədalətli ol” deyəndə, “ə, boş-boş danışma” deyib adamı məsxərəyə də qoyanlar olur.
“'Ədalət” Azərbaycanda ancaq kişi adıdır” kimi acı bir ifadə var. Biz buna göz yumub, laqeyd münasibət göstərərək, həyatımızı sürünərək keçirtməməliyik. Uşaqlarımıza, ətrafımıza daim ədalətli olmağı əməllərimizlə göstərməli və aşılamalıyıq. Bu xüsusiyyət insanın baş tacıdır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş