Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və İran bölgədə yeni gərginlik ocağının olmasında maraqlıdır

Rusiya və İran bölgədə yeni gərginlik ocağının olmasında maraqlıdır


Qarabağ iqtisadi rayonu ətrafında cərəyan edən proseslər, qondarma qurum tərəfindən sərvətlərimizin talan edilməsi, separatçı dəstələrin ordumuzun mövqelərini atəşə tutması kimi halların kökündə məhz Rusiya, İran, Fransa kimi dövlətlərin qondarma rejimə verdiyi dəstəklər dayanır.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, ötən həftələrin birində cənub qonşumuz İran, Ermənistana 600 ədəd tank əleyhinə raket kompleksləri hədiyyə etdi və ardınca iki qrup halında 27 nəfər İran vətəndaşının Xankəndi şəhərinə qanunsuz səfər etdiyi məlum oldu:

"Heç şübhəsiz ki, həmin şəxslər məlum komplekslərin işlətmə qaydasını separatçılara öyrədən mütəxəssislər idi. Azərbaycana qarşı düşmənçilik münasibətini açıq şəkildə nümayiş etdirən fars rejimi bu kimi addımlarla ölkəmizin lehinə ölən güc balansının daha da artmasına əngəl olmaq istəyir. Lakin Tehranın bu kimi həmlələri nəyinki güc balansının sabit qalmasına, ümumilikdə Azərbaycan əlehinə heç bir təsirə malik olmayacaq. Çünki Azərbaycan ordusu bu qəbildən olan komplekslərin ən güclülərinə sahibdir. Ordumuzun "TƏİR" sistemlərinin əsasını İsrailin RAFAEL şirkətinin istehsalı olan Spayk raket ailəsi təşkil edir. Silahlı qüvvələrimiz bu raketlərin müxtəlif modifikasiyalarından və ən son variant olan NLOS- dan istifadə edir. Spayk NLOS-un uçuş məsafəsi isə 25 km təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, bu raketlər hak hazırda adından çox söz etdirən ABŞ istehsalı Javelin raketlərindən belə dəfələrlə üstün özəlliklərə sahibdir".

AVP rəsmisi deyib ki,İran isə Ermənistana, oradanda separatçılara özünün İran Aerokosmik Sənayesi təşkilatının Ya Mehdi sənaye qrupu tərəfindən istehsal olunan Dehlaviye və Almas raketlərini hədiyyə edir:

"Bu raketlər isə Rusiyanın məşhur Kornet sistemlərinin İran tərəfindən kopylanmış versiyasıdır və Kornet kimi özəlliklərə sahib deyil. Ən əsası bu raketlərin gecə termal hədəf sistemi yoxdur. Əsas maraqlı məqam isə, Rusiyanın hərbi nəzarətində olan ölkəyə İranın məhz Kornetin ucuz alternativlərini verməsinə göz yummasıdır. Fikrimcə Rusiya və İran bölgədə yeni gərginlik ocağının olmasında maraqlıdır. Bu hal, onların bu istiqamətdə razılaşması ehtimalını artırır".

Mehman
Xəbəri paylaş