Burada hər zaman Azərbaycan türkləri yaşamışdır. Burada yerləşən şahların, kəndlərin adları hamısı Azərbaycan mənşəlidir. Bunu Ermənistan xalqı çox gözəl bilir. 1828 vǝ1829-cu illərdə imzalanmış müqavilələrə əsasən İrandan və Qacarlar dövlətinin ərazisindən ermənilər Cənubi Qafqaza gətirilərək Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda məskunlaşdırıldılar. Elə həmin vaxtdan etibarən gəlmə ermənilər tərəfindən yerli azərbaycanlıların sıxışdırılıb çıxarılması, tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların etnik təmizlənməsi, azərbaycanlılara məxsus mədəni irsin erməniləşdirilməsi prosesi başlayıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Siyasi gərginlik səbəbindən yarandığı ilk günlərdə İrəvan şəhərini Ermənistana güzəştə getdi. Bu ədalətsizlik idi. Sovet hakimiyyətinin təkidi ilə digər tarixi torpaqlarımız olan Zəngəzur mahalı da Azərbaycandan alınıb Ermənistana birləşdirildi. Bu da xalqımıza qarşı cinayət idi. Azərbaycan xalqının ata-baba yurdu olan İrəvan və Zəngəzur bölgəsinin Ermənistana qanunsuz şəkildə verilməsi tarixi səhv olaraq qalır. Bu tarixin bütün dünyaya tanınması bizim üçün prioritet məqamdır. Ermənistan xalqı hər zaman xalqımıza qarşı ərazi iddiası irəli sürmüşdür.
1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan əhalimiz deportasiyaya məruz qaldı. Qərbi Azərbaycanda etnik təmizləmə siyasəti həyata keçirildi. Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin düşdülər. Bizim yurdumuzda xaricdən gələn ermənilər məskunlaşdırıldı. İkinci dəfə 1989-1991-ci illərdə Qərbi Azərbaycan deportasiyaya məruz qaldı. Sonuncu Nüvədi kəndindən azərbaycanlılar çıxarıldı.
Ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarda eləcə də İrəvanda vandalizm nümayiş etdirdilər. Biz gördük ki onlar bizim mədəniyyət abidələrimizi necə məhv edirlər. Onlar məşhur Sərdar sarayını, İrəvan qalasını, qəbiristanlıqlarımızı məhv ediblər. Onlar türklərdən bir nişanə qoymayıblar. Biz bu barədə beynəlxalq təşilatlara dəfələrlə müraciət etmişik. Ancaq dünya dövlətləri buna göz yumub.
Biz 2020-ci ildə qazandığımız 44 günlük Vətən savaşında Qarabağımızı azad etdik. Biz bunu hərblə etdik. Biz gücümüzü bütün dünyaya sübut etdik. Qarabağda bərpa işləri sürətlə gedir. Qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdacaq. Biz bunu İrəvanlılar üçün də edəcəyik. Bizim ordumuz yeni qələbələr qazanır. Biz Göyçə gölünün yanındayıq. Biz onu görürük. Tez bir zamanda ona qovuşacağıq.
Əsr informasiya əsridir. İnformasiya resurslarından məqsədli şəkildə istifadə olunmalı, təbliğatlar aparılmalıdır. Əsas məsələlərdən biri Qərbi Azarbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Uzun illər ermənilər dünyanı öz yalanlarına inandıra biliblar, tarixi cinayət və saxtakarlıqlarını müxtəlif pərdələr arxasında gizlətməyə, öz vəhşiliklərini müxtəlif xalqların üzərinə yıxmağa nail olublar. Biz ermənilərin maskasını yırtmalı onların əsl iç üzünü dünyaya göstərməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2018-ci ildə fevralın 8-də YAP-ın VI qurultayında etdiyi çıxışda bu məsələyə xüsusi diqqət ayırmışdır. "Bu tarixi torpaqlar unudulmamalıdır və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün əsas istiqamət olmalıdır necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır..."
2020-ci ilin dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə bir daha bildirdi ki "Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"
Çinarə İsgəndərova - Bərdə rayonu E. Kərimov adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi