Son günlər, vətən Azərbaycanda, yeni il ərəfəsi və sonrası ağır yol-qəza hadisələri baş verir. Və xeyli insan tələfatlı, mənəvi-stress, maddi itkili! Ölkəyə gərəksiz, ziyanlı və ailələrə də qəfil faciə gətirən bu ağır sosial və iqtisadi tendensiyanın kökü, səbəbləri araşdırılmalı, qarşısı alınmalıdır.
Ümumiyyətlə, ixtisaslı yanaşsaq, bütün qəzalar, hər növ nəqliyyatda 3 əsas səbəblə baş verir:
1. İnsan faktoru: yəni sürücülərin səhlənkarlığı, təcrübəsizlik-bilğisizlik səhvi, və yaxud, qəsdi.
2. Nəqliyyatın texniki nasazlığı, ya yararsızlığı.
3. Kənar faktorlar, hava şəraiti, yol yararsızlığı, tənzimləyici işarələr (hava, dəmiryol nəqliyyatı dispetçerlərinin) problemi, terror, mina, atəşlər.
Gələk, konkret olaraq ölkəmizdə indi problemə çevrilmiş, avtomobil yol-nəqliyyat hadisələrinə.
1-ci, insan faktoru-a), b), c).
a). Sürücü səhlənkarlığı mənəvi-psixoloji, çətin problemdir. Kökündə sürücünün nəqliyyatı yol hissəyə çixarıb idarə etməyə başladığı anından risqin, ziyan, faciə məsuliyyəti və cavabdehliyin altına girdiyini dərk etməməsidir. Səbəbi ya, öz təbiəti, xarakterindəki ümumi biganə laqeydlik və sahman-səliqəsizliyidir. Yaxud da eqoizmdir ki, ev-eşikdə, çöldə-bayırda aldığı hirsi-stressi yol-nəqliyyat risqli hissəyə çıxdıqda, cilovlamır. Əksinə, hirsini acığını maşın sürməklə çıxarır və anlamır ki, bu cür müvəqqəti hissiyata qapılma ömürü boyu ödəyə bilməyəcəyi faciıəyə gətirər.
Halbuki, belə vecsiz, biganə, ya, aqressiv hissə qapılan şəxs polis saxlayan kimi, özünə qayıdır. Bayaq özünün, sərnişinin, ətrafdakıların həyatı, risqinə biganə qalmış sürücü, indi pul cəriməsi mübahisəsi edir. Demək ki, məsuliyyət hissi var, amma onu daha həyati vacib yer, anda işlətmir. Ona görə, maarifləndirmə və cəza artırılmalıdır.
b). Təcrübə-bilgisizlik səhvi təbii ki sürücülüyə icazə, vəsiqə verən dövlət idarəsinin, yol polisi orqanlarının məsuliyyəti dairəsinə aiddir. Bunu həmin idarədə işləyən hər bir məmur və onun rəhbəri anlamalıdır ki, standart testə, qaydaya əks hər sürmə bilgi-təcrübəsizlikli şəxsə yalan verilən sürücülük vəsiqəsi qəzaya, ziyan-faciə nəticəsinə verilən yaşıl işıqdır. Bilərəkdən xalq və cəmiyyətə, dövlətə qarşı edilən ağır qəsddir. Çünki, nəqliyyat idarə etmə, sadə uşaq oyunu deyil, ölüm, şikəstlik, maddi ziyan yarada bilən və ailələri, nəsli sarsıdan qəzaları da, verə bilir! Təbii ki, sürücünün yol hərəkəti qaydalarını və idarəetmə bilğisi, psixoloji durumu yoxlanmalı. Ona görə, dövlətin sürücülük vəsiqəsi vermək etimad olunmuş yol polisi idarəsi araşdırılıb və qanunu pozan məmurlar ciddi cəzalanmalıdır.
c). Qəsdlə törədilən sürücü qəzalarında isə, iki səbəb olur. Avtomobildən istifadə edib, intihar, ya qəsdən adam vurub, ölüm törətmə. Bunları təhqiq və istintaq edən, prokurorluqdur. Fakta uyğun intiharla iş xitam edilir, adam vurma, ya öldürmədə müvafiq maddə ilə cinayət işi açılır.
Mən burada avtoxuliqanlığı da qəsdlə edilmiş qəza əməli kimi görürəm. Bunun ictimai yerdə qəsdlə edilən ağır cəzalı xuliqanlqla fərqi nədir ki? Avtoxuliqanlıq da, CM, 221-ci maddəsində təsbit olunan, ictimai qaydanı kobud pozmaq, piyada, sürücülərdə qorxu həyəcan yaratmaq ilə cəmiyyətə açıq hörmətsizlik deyilmi? Fərqi nədir, məsələn, metroda bir kəs əlində bıçağı sağa-sola fırladır, ətrafa, cəmiyyətə kobud və hörmətsiz hərəkətlər edib, qorxu yaradır. Son nəticə ilə birisini yaralayıb, öldürür... Və yaxud, digəri maşını şəhərdə yüksək 120 sürətlə sürür, piyada və sürücülərə qarşı təhlükəli manevrlər edir və nəticədə o da, silah kimi istifadə etdiyi maşını ilə qəza törədib, vurub, adamı öldürür. Bunun biri niyə, xuliqanlıq, digəri ehtiyatsızlıq təməldə ölüm törətmə kimi, qiymətləndirilsin, birisi 14 il sərt, digəri 3-4 il ümumi rejim alsın?
Məncə, bu xuliqanlıqlar bərabərləşdirilməlidir.
2-ci, texniki faktor, nəqliyyatın nasazlığı.
Avtomobil nəqliyyatının texniki nasazlığı, həm yararsızlığı və bundan yaranan qəzada ədətən məsuliyyət, onu istifadə edən sürücü üzərində olur. Burada, avto-texniki ekspertizanın rəyi də mühüm olur, məsuliyyət müəyyən edilməsində. Yəni, texniki nasazlığın anında sürücü qəzanın qarşısını ala bilərdimi, ya imkanı xaricində olub. Və bir də, bu nasazlıq qəflətənmi, yəni, maşına rəsmi polis texniki baxışının qeyri-dürüstlüy ilə əlaqəsizmi baş verib. Yəni, avtomaşının texniki nasazlığı, yararslzlığı ilə bağlı qəzalarda, təkcə sürücünün deyil, həm də avtomaşınlara texniki baxış-nəzarətini həyata keçirən polisin və həm də avto-texniki ekspertizasını aparan orqanın rəyinin dürüstlüyünün məsuliyyəti də ola bilər.
3. Kənar faktorlar, yolun, işarələrin yararsızlığı.
Bu məsələ, Azərbaycan üçün çox problemlidir. Yolların nasazlığı və yol hərəkətini tənzimləyən işarələrin olmaması, ya yararsız olması, düzgün qaydalı qoyulmamasından yaranan qəzalarda da, bir qayda olamaqla məsuliyyət sürücünün üzərinə qoyulur. Ancaq, məsuliyyət həm də ki, yolların standartlığı, ya heç olmasa, normallığı və həm də, nizamlayıcı işarələrin qaydalılığına cavabdeh olan yol-istismar, nəqliyyat idarələri, agentlikləri üzərində olmalıdır. Mən, Rusiyada, Ukraynada, Azərbaycanda çalışdığım dövrdən yol xarablığı qəzaları istintaq-mühakiməsində bir dəfə belə görmədim ki, bu idarələr cinayət məsuliyyətinə alına. Həmişə sürücü-vətəndaş günahkar çıxarılıb, tutulub. Günah keçisi kimi!
120 km/saat sürətli avtotrassada qəzalı çökək yaranır. Yol polisi, yol idarəsi əməkdaşları gəlib baxıb, çökəkdən 50-100 metr qabaqda, yolun kənarına bir 40 km/s. sürət həddi işarəsi qoyur da çıxır, gedirlər. Nə belə ölüm təhlükəli, qəzalı yeri təcili düzəltmə, nə o yerin ətrafını xəbərdar edici rəngli və xüsusi yanıb-sönən işıqlı çəpərə alma var! Düşünmürlər ki, bu magistral yoldur, uzaq və sürətli yol. Yüzlər, minlərlə maşın keçir sürətlə belə uzaq, magistral yolla, arxayın olub.
Bu çuxurlar, dəhşətli insan tələfatı mənbəyidir. Ya sən qəza mənbəyini təcili aradan qaldırmalı, ya onu düzgün hasara almalı, ya ümumiyyətlə, müvəqqəti həmin yolu bağlamalısan. 120 sürət olan maqistral yolda 40 işarəsi təsirsiz, qəzadır.
Yolların, işarələrin dürüstsüzlüyündən yaranan qəzalar çoxdur. Elə, H. Əliyev prospektində son qəzada, gedişlə-gəliş magistral yolu arasındakı sədd-bardyur cəmi, 50 sm hündür olsaydı, çox yəqin ki, bu sayda tələfat olmaz, həyat itməzdi. Bunu, yol təhlükəsizliyinə cavabdeh bilməli idi.
Hamısı nədəndir? İcra strukturlarının vecsizliyi. Və həmin nəqliyyat sahəsinə aidiyyətli müxtəlif idarələrin bir-birinə hamiliyi, əlbir olub, günahı hər zaman sürücü vətəndaşın üzərinə yıxması.
Nələr edilməlidir, şəxsi fikrimcə... Bu problemin qarşısına, dövlətli-cəmiyyətli, birlikdə çıxılmalı.
Hər bir, insan tələfatı ilə bağlı qəzanın istintaq, məhkəməsi ilə iş bitməməlidir. Bu, istintaqlara nəzarət və rəhbərlik edən porokururluq orqanı hadisənin kriminoloji tərəfini, motivi və yaranış səbəblərini də araşdırmalıdır. Azalması və daha da çoxalmaması üçün profilaktik plan tədbirlər hazırlamalıdır, müvafiq nəqliyyat strukturlarına xəbərdarlıqlar göndərməklə. Yol polisi yollarda qəzalı vəziyyət, ya nizamlayıcı qüsurlu işarələri görüb, hərəkəti dayandırmalı, yollar idarələrinə tələb göndərməlidir. Gəlin yolunuz, işarələrinizi düzəldin, bu qəzalı yola maşın buraxa bilmərik!
Məhkəmələr də, fikrimcə, apardıqları nəqliyyat qəzaları prosesindən, tələbli, xəbərdarlıqlı həm tövsiyyəli xüsusi qərarlar çıxarmalıdır, nəqliyyat və yol istismarı, tikintisi kimi idarələrə aidiyyətli.
Qəzalı meyitləri müayinə edən Məhkəmə-tibbi, və qəzalı avtomobilləri müayinə etmiş, Ədliyyə Nazirliyi Məhkəmə-avtotexniki ekspertizalar da iş üzrə apardıqları müayinələrin nəticəsi olaraq, qəzanın yaranması ilə əlaqəli olan strukturların qüsurları haqda istintaq prokurorluq məhkəmə orqanlarına ixtisaslı tövsiyələrini göndərməlidir. Sürücülər, cəmiyyətimiz yol-nəqliyyat hərəkəti qaydalarına əməl, cəzalar və başqa sürücülərə, piyadalara hörmət barədə maarifləndirilməlidir.
Yol tikintisi, istismarı və s. bu kimi idarələrin işi, effektivliyi, güclü dövlət nəzarətində olmalıdır. İctimai və həm QHT nəzarəti də güclənməlidir bu sahəyə fikrimcə, yol keyfiyyəti irəliləyişində.
Yol-nəqliyyat qəza hadisələrilə aidiyyətlı bütün dövlət orqanları vicdan, müstəqillik, dövlətçilik ruhu göstərib, bir-birinin qüsurlarını tapıb tam düzəliş üçün çalışmasalar, bu qəzalar və insan faciəsi-tələfatlarının sayını azaltmaq çətin olar. Problemi yaradan qüsurları kimsə deməsin, biz də yazmayaq, onda bu problem necə düzəlsin? Onu da bilməliyik ki, baş verən hər bir, həm də insan, vətəndaş itkili tələfatlı qəza, ilk növbədə dövlətə, dövlətçiliyə ziyanlıdır. Çünki, vətəndaş itkisi, bu itkidən ailələrin, nəsillərin zədəli qalışı, hər hansı dövlət üçün nəticədə ziyanlı təsirlidir.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri