Dünya üzərində fərqli proseslər cərəyan etsə də, aparıcı qüvvələr əsasən eynilik təşkil edir. ABŞ liderliyin də qərb bloku ilə Çin arasında çox ciddi iqtisadi mübarizə gedir və Çini özünə əsas təhdid kimi görən dövlətlərin sayı da artmaqdadır. Amerikadan sonra Britaniyada rəsmi Pekini ölkə üçün 1 nömrəli təhdid kimi qəbul edir. Çin qərb bloku kimi mübarizə metodunu nümayişkəranə şəkildə icra etməsə də, çox sakit və səssiz öz iqtisadi və siyasi maraqlarını təmin etməyə davam edir. Bu gün Rusiya Ukrayna müharibəsinin uzanması hər kəsdən çox Pekinin maraqlarına uyğun gəlir. Çünki Ukrayna müharibəsində zəifləyən Rusiya hər zamankından daha çox Pekindən aslı vəziyyətə düşür və bu hər zaman Rusiya torpağında gözü olan Çinə sərf edir. Digər tərəfdən Qərbdə Ukrayna müharibəsinin maddi və texniki təminatını üstənməklə müharibənin iştirakçısına çevrilir. Yəni bir növ onlarda öz resurslarını sərf edirlər.
Çin istehsalçı dövlətdir və əsas istehlak bazarı olan Avropa hər zaman Pekinin diqqətini cəlb edir. Çin və Avropa arasında ən yaxın yol isə məhz Orta Asiya Azərbayan və Türkiyə üzərindən keçir. Burada isə 1 trilyondan çox ümumdaxili məhsula və 200 milyonluq nüfuza malik yeni bir güc mərkəzi- Türk Dövlətləri Təşkilatı yaranır. ABŞ- narahat edən əsas məsələdə məhz elə budur. Rusiyanın zəifləməsi, əksinə olaraq Türkiyə və Çinin sürətlə güclənməsi Vaşinqtonu narahat edir. Bu səbəblə ABŞ Çinlə yanaşı Türkiyəyə qarşı da zəiflətmə politikası icra edir. Biden administrasiyası yaxşı anlayır ki, Türk dövlətlərindən keçməklə Çini Avropayla birləşdirəcək layihələr reallaşsa bu iki güc mərkəzinin qarşısını almaq çox çətin olacaq.
Pərviz Mirizzadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi