Bu gün Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun eksklav Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin 33-cü ildönümü günüdür.
Məlumat üçün qeyd edək ki, əgər hər hansı bir bölgə, yaxud hər hansı bir ölkə hər tərəfdən yalnız bir ölkənin torpaqları ilə əhatə olunursa, ancaq başqa bir dövlətin torpağıdırsa, yaxud həmin ölkə hər tərəfdən torpaqları ilə əhatə olunduğu başqa bir dövlətin bir parçası yox, müstəqil bir dövlətdirsə, aid olduğu dövlətin eksklavı, yaxud özü müstəqil ölkədirsə, ona eksklav, həmin bölgə hər tərəfdən torpaqları ilə əhatə olunduğu dövlətin anklavı, yaxud həmin ölkənin hər tərəfdən torpaqları ilə əhatə olunduğu bir dövlət varsa, həmin dövlətin torpaqları arasında anklav adlanır.
Kərki kəndi 15 yanvar 1990-cı ildə ermənilər tərəfindən işğal edilmişdir.
Kərki kəndinin sahəsi 19 km², Azərbaycanlı əhalisinin sayı 2019-cu ilin məlumatlarına əsasən 986 nəfərdir.
Kərki kəndi ermənilər tərəfindən işğal edildikdən sonra adı dəyişdirilərək Tiqranaşen adlandırılmışdır.
2011-ci ilin məlumatlarına əsasən Kərki kəndində 151 erməni yaşayır.
Kərki kəndi işğal edildikdən sonra Kərki kəndinin əhalisinin bir hissəsi 8 fevral 2000-cı ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda yaradılmış Yeni Kərki kəndində məskunlaşdırılmışdır.
Yeni Kərki kəndinin əhalisi 400 nəfərdir.
Kərki kəndi Tejkar dağının ətəklərində, Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir.
Kərki kəndinin ərazisindən Ermənistanın şimalını və cənubunda birləşdirən M-2 magistral yolu keçir.
Kərki kəndi ermənilərlə 12-14 km-lik döyüş zolağı olan Sədərək rayonunun ermənilər tərəfindən işğal edilmiş yeganə kəndidir.
Kərki kəndinin ərazisində yerləşən Şəhidlər Xiyabanında 20-cı əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid olmuş türk əsgərinin türbəsi vardır.
Kərki kəndi kəndi bir gün mütləq erməni işğalçılarından azad ediləcək və yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi olacaq.
Araz Məmmədli