Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Edilən hər hansı bir tənqid şəxsi mənfəətin qorunması məqsədi daşımamalıdır

Edilən hər hansı bir tənqid şəxsi mənfəətin qorunması məqsədi daşımamalıdır


İnsanın səhvini üzünə demək və deyərkən harada, necə, onun hansı əhvalda olmasını nəzərə almamaq əksər vaxt müsbət nəticədən çox mənfi nəticə verir. Belə olan halda tənqidi dilinə gətirən insan da düşmən tərəf olmuş olur. Düzgün tənqid edilmədiyi halda sözləriniz qarşıdakı insanın xətrinə dəyə, qəlbini qıra, onun yanında qiymətdən düşməyə səbəb ola bilər. Dediyimiz tənqidin qarşıdakı insana nə dərəcədə faydalı olub-olmamasına diqqət yetirmək sonradan baş verə biləcək anlaşılmazlığın da qarşısını ala bilər.

Uzun illik həyat təcrübəmdən bu qənayətə gəlmişəm ki, insanlara tənqid elə də xoş təsir bağışlamır. Hər nə qədər tənqidlərə qarşı açıq olduqlarını dilə gətirsələr də, hər insan tənqidin məzmunundan çox kimin onu tənqid etdiyinə fikir verir. Tənqid edəni özündən aşağı pillədə gördükdə isə tənqid mahiyyətini dəyişir. Belə olan halda deyilən sözlər insanın yaxşılığını istəməkdən çox onun qüsurlarını üzə vurmaq kimi qiymətləndirilir. Bu isə iki insan arasında olan münasibətin zədələnməsinə səbəb olur. Bu səbəbdən də qarşıdakı insanın tənqidlərdən inciməməsi, tənqidi sağlam bir şəkildə həzm etməsi, başa düşməsi üçün diqqətli olmaq lazımdır. Diqqət isə əksər insanlarda, ümumiyyətlə, olmayan bir keyfiyyətdir. Birinci şərt isə tənqidin gizli formada deyilməsidir. Aşkar, hər kəsin yanında insanı tənqid etmək onun utanmasına və sizə qarşı düşmən mövqeyinə keçməsinə səbəb olacaq ki, bu da münasibətin korlanmasına gətirib çıxaracaq. Tənqid etməkdə məqsədimiz nədir. Birinci bunu aydınlaşdırmaq lazımdır.

Biz həqiqətən də tənqid etdiyimiz insanın yaxşılığınımı istəyirik, yoxsa, sadəcə, onu danlayırıq? Yaxşılığını istəyiriksə, tənqidimiz qətiyyən başqa insanların əhatəsində dilə gəlməməlidir. Təklikdə, ikilikdə olarkən tənqid etmək, irad bildirmək daha yaxşıdır. İkincisi, edilən tənqid zamanı diqqətli olmaq lazımdır. Axı, biz insanı deyil, onun etdiyi hər hansı bir işi tənqid edirik. Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. Sadəcə, bu dəfə səhv etdiyini gələn dəfə düzəldə bilər. Tənqidi qısa etmək onun daha işə yarar olmasına səbəb olar. Qısaca fikrinizi bildirin. Uzun-uzun izah etmək, təkrar-təkrar yada salmaq tənqidin kəsərini, təsir etmə qüvvəsini azaldır. Tənqidi etdiyiniz zaman alternative bir variant da göstərin. Bu hərəkəti etmən düzgün olmadı demək heç bir işə yaramayacaq, çünki başqa çıxış yolu vermirsiniz. Lakin ikinci bir yol göstərdikdə qarşı tərəf artıq deyilənləri tənqiddən çox məsləhət kimi qəbul edəcək.

Edilən hər hansı bir tənqid şəxsi mənfəətin qorunması məqsədi daşımamalıdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. İfadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə şansı daha çox olur. Çox mükəmməl insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməl insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş