Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni geosiyasi reallıqlar Türk dövlətləri ilə strateji tərəfdaşlığımızın möhkəmlənməsini obyektiv tələbata çevirib

Yeni geosiyasi reallıqlar Türk dövlətləri ilə strateji tərəfdaşlığımızın möhkəmlənməsini obyektiv tələbata çevirib


Yeni geosiyasi reallıqlar Türk dövlətləri ilə strateji tərəfdaşlığımızın möhkəmlənməsini obyektiv tələbata çevirib

Bu il yanvarın 31-dən fevralın 3-dək Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qınirə xanım Paşayeva, Milli Məclisində Qırğızıstanla ikitərəfli parlamentlərarası işçi qrupunun üzvləri Cavanşir Feyziyev,Müşfiq Məmmədli,eləcə də ictimai xadimlərin,QHT təmsilçilərin də qatıldığı nümayəndə heyəti tərkibində Azərbaycanla Qırğızıstanın arasında diplomatık münasibtlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdik.Əvvəlcı Qırğızıstan Parlamaentində görüşümüz oldu. Azərbaycanın Bişkekdəki səfirliyi və Qırğızıstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş təntəli tədbir və konsert proqramı təşkil olundu.Qırğız mediasının dili ilə desək, Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qırğızıstanda möhtəşəm konsertlə qeyd olundu. Qırğızıstanın Yazıçılar İttifaqında olduq.”Manas” Qırğızıstan-Türkiyə Universitetində Xurşudbanı Natavan kitabının təqdimatı ilə bağlı düzənlənmiş çox geniştərkibli və önəmli bir tədbirdə iştirak etdik. Qırğızıstanın represiya qurbanlarını və Böyük Qırğız yazıçısı Çingiz Aytımatovun məzarını ziyarət etdik.Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi olub,1937-ci ildə millətçi kimi həbs olunub və 1938-ci ildə isə güllələnib.

Görüşlər zamanı çıxışarımızda Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı əraziləri viran qoymasından, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıtmasından,oradakı bütün maddi-mədəni sərvətlərimizi talan etməsindən,Azərbaycana vurduğu böyük ziyanlardan, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilmiş və hazırda keçirilən genişmiqyaslı layihələrdən danışdıq.Bununla belə Qırğızıstan parlamentinin üzvləri ölkəmizə səfərə gəlməsini və işğaldan azad edilmiş ərazilərimizlə tanış olmasını, hər şeyi öz gözlərilə görməsini təklif etdik.Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə, mədəni-humanitar,təhsil, ticari-iqtisadi və digər sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq üçün geniş imknların olduğunu bildirdik.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələri əhatə edən 80-dən çox sənəd imzalanıb. Onların arasında ötən il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi yer tutur. Həmin Bəyannaməyə uyğun olaraq real nəticələri görünən konkret addımlar atılır:

1. Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurası yaradılıb və ötən ilin 11 oktyabrında Bişkekdə iki ölkənin prezidentlərinin iştirakı ilə olun ilk iclsını keçirilib.

2.2022-ci il oktyabrın 11-də Bişkek şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb və Azərbaycan tərəfinin maliyyəsi hesabına 25 milyon dollar vəsaiti olan bir Fond formalaşdırılır.

3. 2022-ci il dekabrın 29-da Azərbaycanda Qırğızıstanın Ticarət Evinin açılışı olub.

4.Bişkek şəhərində Qırğızıstan-Azərbaycan dostluq parkı salınıb.

5.Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevrilib.

Bu səfərdən əldə etdiyim təəssüratın əsas məqamları bindan ibarətdir ki:

1.Azərbaycanla Qırğızıstan arasında dövlətlərarası münasibətlər “Strateji tərəfdaşlıq haqqında Saziş” üzrə intensivləşir, tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyur.

2. “Strateji tərəfdaşlıq haqqında Saziş”lə bağlı qəbul edilmiş qərarlar geniş spektri - mədəni-humanitar əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələrini əhatə edir. Bu sənədin bütün bəndlərinin dolğun şəkildə,sistemli və davamlı olaraq həyata keçirilməsi ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın miqyasının genişləndirilməsi və dərinləşmsi üçün əlverişli şərait yaradacaqdır.

3. Azərbaycan türk ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin inkişafına böyük önəm verir. Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platformadır. Ona görə də Azərbaycanla Qırğızıstan faydalı əməkdaşlığın miqyasının genişləndirilməsi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə doğru inkişaf etdirilməli və bu əsasda türk dünyasında inteqrasiyası proseslərinin inkişaf etdirilməsinə və daha sıx yaxınlaşmasına yeni təhfələr verilməliidr.

4.Qırğızıstanda 21 mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti 1929-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.Həmvətənlilərimiz yığcam halda Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda məskunlaşmışlar.Onların nümayəndələri ilə söhbətlər zamanı daha çox səslənən məsələlər içində Qırğızıstan Respublikasında yaşayan soydaşlarımızın Azərbaycana sərbəst gəliş-gedişi sahəsində olan problemlərin həlli oldu.Digər vacib məsələ isə birbaşa nəqliyyat əlaqələri ilə bağlıdır.Hazırda Bakıdan Bişkekə getmək üçün əvvəlcə 2,5 saata yaxın müddətdə Bakıdan İstanbula,sonra da yenidən İstanbuldan, Bakı üzərindən keçməklə, təqribən 5 saat müddətə Bişkekə uçmaq lazım...Birbaşa Bakı-Bişkek-Bakı reysi açılsa, yola xeyli az-2 saatdan bir qədər artıq vaxt sərf olunar.

Yeni geosiyasi reallıqlar Türk dövlətləri ilə strateji tərəfdaşlığımızın möhkəmlənməsini obyektiv tələbata çevirib. “Strateji tərəfdaşlıq haqqında Saziş”in və digər sənədlərin dolğun şəkildə və ardıcıl surətdə həyata keçirilməsi Azərbaycan, Qırğızıstan və Türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə, genişlənməsinə və bu əsasda türk dünyasının beynlxalq aləmdə rolunun,qlobal proseslərə təsir güçünün artmasına və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Əli Məsimli-Milli Məclisin deputatı
Xəbəri paylaş