"2022-ci ilin təxminən üçdə birində ölkəni bürüyən kütləvi etirazların şahidi olan İran İslam Respublikası iqtisadiyyatı, xarici siyasəti və əsas hüquq və azadlıqları baxımından 2023-cü ilə çox ağır bir vəziyyətdə qədəm qoydu. İrandakı İslam rejimi 44 illik həyatı ərzində çoxsaylı ictimai etirazlarla üzləşib. O, hər bir qiyam və üsyanı məzmununa və formasına görə, təbii ki, geri çəkilmədən, dözümsüzlük göstərmədən idarə edib yatırmışdır. Onun istifadə etdiyi üsullar zalım və totalitar xarakter daşıdığı üçün kifayət qədər qanlı və şiddətli idi. Pəhləvi rejimi 1979-cu ildə bir il davam edən xalq üsyanı nəticəsində devrildi və çox şiddətli və qəddar şəkildə qurulan yeni İslam rejimi əvvəlcə köhnə rejimin qalıqlarını, sonra isə potensial düşmən olaraq gördüyü insanları və qrupları eləcədə gələcək düşmənləri hamısını məhv etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən “WORLD PANORAMA” Stratejik Araşdırmalar və İnkişafı Mərkəzinin rəhbəri Ramiyə Məmmədova deyib ki, 1980-ci ildə İran-İraq müharibəsinin başlaması ilə bu edamlar daha intensiv xarakter aldı:
"1988-ci ilə qədər İranda müxalifət deyə bir şey demək olar ki, yox idi. Onlar ya edam edilib, ya da xaricə sürgünə göndərilib. Təkcə 1988-ci ildə minlərlə siyasi məhbus yenidən araşdırırldı və tövbə etmədiklərinə görə tez bir zamanda edam edildi. İranın hazırkı prezidenti İbrahim Rəisi Xomeyninin əmri ilə yaradılan Ölüm Missiyası kimi tanınan dörd nəfərlik heyətin üzvü idi. O vaxtdan bəri 1996-cı ildə Təbriz etirazları, 1998-ci ildə Tehran və Təbriz universitet şəhərciklərində günlərlə, 2006 və 2015-ci ildə Təbriz etirazları, 2009-cu ildə yaşıl əməliyyat etirazları, eləcə də 2019-cu ildə 1500 nəfərin ölümü ilə nəticələnən yanacağın artımına qarşı genişmiqyaslı etirazlar İslam rejimi tərəfindən qanlı şəkildə yatırılmışdır. 2002-ci ildən isə İran Cumhuriyyəti artıq siyasi, iqtisadi və sosial siyasətinin daxildəki vəziyyəti, dünya siyasətində isə təklənərək Qərbin indiyə gədər görmədiyi və ya görmək istmədiyi İran siyasətinə garşı daxildəki vəziyyətə garşı cıxanları dəstəkləməsi nəticəsi olaraq bir gığılcıma partlaya bilən barıt halına gəlmişdi. İran administrasiyasının ilk günlərdən totalitar rejimə çevrilməsi, İslam-Şiə təfsirinə əsaslanan “Vəlayət-i fəqih” tezisini ölkədə hakimiyyətin yeganə qanuni səlahiyyət sahibi kimi göstərmək və nizam-intizamın hökmranlığını qorumaq üçün geniş və kifayət qədər aşkar hüquq pozuntularına səbəb olub, cəmiyyətdə kəskin parçalanmalar yaratmışdır. Mafiya xarakteri daşıyan hakim dairə və bu xəttdəki azlıq qrupları və ailələr ölkənin bütün sərvət və imkanlarını öz aralarında paylaşarkən, çoxluğu təşkil edən adi vətəndaşlar gündəlik əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər".
Əsas hüquq və azadlıqlara gəldikdə isə Ramiyə Məmmədova deyir ki, vəziyyət çox da fərqli deyil:
"XXI əsrdə rəhbərliyin gənclərə qarşı Haram adı altında məhdudlaşdırmalar günü-gündən dözülməz hala gəldi və onsuz da mövcud olan ümumi narazılığı artırdı. Ölkədə bir çox sosial media platformalarının qadağan edilməsi və yazıların izlənilməsi, qadınların geyiminə və baş örtüsünə garşı nəzarətin artması, gənclərin bir yerə toplaşması və tədbirlərin keçirilməsinə daha şiddətli gadağalar bu məhdudiyyətlərin yalnız bir nümunəsidir. İslami Əxlagi rejimin yaratdığı vəziyyət son 5 ay ərzində pik həddə catdı. Uzun zamandı İran gəncləri tərəfindən başlanan etirazlar İran Rəhbərliyinin Əxlaqı siyasətini dünya gözündə sarsıtdı və kütlə istərsə “Səni Yenər” xəbəri catdırıldı. Buna yönəlik İslam Şiyə Carcıları özlərini və oturduqları o Şeytana xidmət edən masalarını tərk edərlərsə başlarına gələcəklərini bildikləri ücün hər zaman olduğu kimi bacardıqları yola əl atdılar. Öz millətinə garşı kütləvi təmizləmə əməliyyatı başlatdılar, gənc nəslin tamamən onlara düşmən olduğunu şeytana daha cox əməl edən beyinlərinə yeridən İran rəhbərliyi edamlar etməyə və qan tökməyə çəkinmədi. Artıq 500 nəfərdən cox edam və ondan daha cox iğtişaşalarda can verən uşağ və gənc insanlar vardır. Beləliklə beş aydır başlayan etirazlardan sonra kütləni daxili problemlərdən yayındırmaq və camaatın fikrini başqa istiqamətə yönəltmək istəyən İran həm də xaricdə olan “Düşmənlərə garşı” əməliyyatlar aparmaqdan cəkinmədi. Bu yöndə ən cok dəstəkcisi də elə SEPAH deyilən illərdi bəslədiyi terrorcu dəstə oldu".
Mərkəz rəhbəri qeyd edib ki, SEPAH İranda dövlət içində dövlət deməkdir:
"Hakimiyyət nümayəndələri, Məclisdə olan millət vəkillərinin çoxu SEPAH kökənlidir. SEPAH-ın terrorçu kimi tanınması isə İran rejimnin gorxulu yuxularından biridir. Yəni SEPAH terrorçu kimi siyahıya salınarsa, İranın durumu daha da pisləşə bilər. Odur ki, hakimiyyət baş verənlərlə bağlı daxildə bir söz deməli, baş verən hadisələrdə SEPAH-ın əlnin olmadığını kanıtlamağa calışmalıdır. Lakin buna kim inanar?!!!! İranda və onun xaricində baş verən bütün hadisələrin birbaşa SEPAH-a bağlı olduğu gün kimi aişkardır. Yoxsa onun başında duran məhşur və qansız Kasım Süleymanini aradan götürmək üçün bu qədər güc səfərbər edilməzdi. İran hakimiyyəti öz gücünü saxlaması və hakimiyyətdən getməməsi ücün hər türlü yola əl atacaqdır. İranın bu coğrafiyada apardığı düşməni siyasət də elə onun yaxın gonşularının ən böyük baş ağrısıdı. İranın Türklərə və Türk Dünyasına olan düşmənçiliyi əsrlərdi sürməkdədir. Onun daxildəki Azərbaycan türklərinin öz xalgı və vətəndaşı olmasına baxmayaraq hər zaman özgələşdirilməsi elə onlara garşı apardığı siyasətdən biridir. Azərbaycanlı türklərinə garşı apardıgları diskriminasiya fars rejiminin baş siyasətindən hesab edilir. Elə yaxın gonşusu olan və dini acıdan ona yaxın olan şiə Azərbaycanı İran İslam Əxlaqi Cumhuriyyəti qonşuluq siyasətində ən böyük düşməni hesab edir. Belə ki, 30 illik işğal nəticəsində və 44 günlük müharibə zamanı Azərbaycanın uğurunu və gücünü görüb və qorxaraq qəbul etməyən İranın Xristian Ermənistanı dəstəkləməsi, Tehrandaki Azərbaycan Konsulluğuna edilən terror saldırısı belə bu coğrafiyadakı İranın düşmənciliyinin simqəsidir. Bu səbəbdən də İran İslami Əxlaqi Cumhuriyyətinin sonunun başlanması nöqtəsində olması düşüncəsi də ağlımızda yer almaqdadır".
Ramiyə Məmmədova onu da deyib ki, İranın uzun müddətdir apardığı və gərginlikdən başqa heç bir nəticə vermədiyi Azərbaycan siyasəti Cənubi Qafqazda böhranı daha da dərinləşdirir:
"ABŞ, İsrail və Avropanın özünə qarşı təzyiqlərinin artdığı bu dövrdə İranın Azərbaycanla çəkişməsi, şübhəsiz ki, adıçəkilən aktorlara yeni təzyiq vasitələrindən istifadə etmək imkanları yaradır. Bu mənada səfirliyə hücumdan sonra İranın xarici nümayəndəliklər üçün nə dərəcədə təhlükəsiz olduğu sualı və müzakirəsi gündəmə gəlməsidə bu ölkələri İranın varlığı və gələcəyi barədə yeni qərarlar verməsinə şübhəsiz yol acacaqdır".
Anar