Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın mütləq ehtiyat planı var

Rusiyanın mütləq ehtiyat planı var


Qərbin Rusiyaya qarşı Ukrayna cəbhəsində yeni mərhələyə keçməsi aydın görünür. Solidarln süqutundan sonra Qərb Ukraynaya ciddi silahlar verir və Ukrayna prezidenti Zelenskinin digər siyasi, diplomatik tələblərintəbirini yerinə yetirir. Rusiya prezidentinin sözçüsü Peskovun və eləcə də XİN rəhbəri Lavrovun - "bu halda sərhədlərimizdən təhlükəni daha uzaqlaşdırmaq məcburiyətindəyik" məzmunlu açıqlaması onu göstərir ki, Rusiya - Qərb mübarizəsi Ukrayna meydanında yaxın zamanda daha da möhkəmlənəcək. Sözsüz ki, Rusiya üçün Ukrayna müharibəsi bu dövlətin və Putin hakimiyətinin taleyini müəyyən etdiyindən ən vacib istiqamət olaraq qalır.
Ancaq, bu o demək deyil ki, Rusiya digər istiqamətlərdə və xüsusən də Cənubi Qafqazda dövlət maraqlarını unudub, yaxud əhəmiyyətini itirib.

Kremlin Xankəndi və ətraf ərazilərdə separatçılara göndərdiyi "dövlət naziri" Ruben Vardanyanın Moskvaya qaçması, sözsüz ki, Rusiyanın bu planının iflasa uğradığının sübutu olsa da, Rusiyanın Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan ermənilərlə bağlı məkirli niyyətindən əl çəkəcəyini düşünmək sadəlövhlükdür. Əvvəla, Rusiyanın Azərbaycana Qarabağa Ruben Vardanyan gedişi özü özlüyündə bir neçə mərhələli plandan ibarət lahiyə olaraq, axır nəticədə Ermənistanda hakimiyyətə gətirilmək məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, Rusiya qovulduğu Gürcüstana oliqarx İvanaşvili ssenarisi ilə qayıtdı və bu günə kimi də faktiki olaraq İvanaşvili Gürcüstanda söz sahibidir. Putinin şəxsi düşməni Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin öz vətənində həbsi, və onun "Putinin şəxsi düstağı" olmağı haqqında açıqlaması Gürcüstanda real vəziyyətin və kimin söz sahibi olduğunun sübutudur. Bəli, Rusiya prezidenti eyni ilə Ruben Vardanyan gedişi ilə mərhələli şəkildə Ermənistanda hakimiyyəti ələ almaq istəyirdi. Planın tam işləməsi üçün Vardanyanın Xankəndində uğurlu fəaliyyəti yeni mərhələni açmalı idi.

Ancaq Azərbaycan dövləti bu plana qarşı qətiyyət göstərərək həm Xankəndi və ətraf ərazilərdə faktiki bloklayıb nəzarətə götürdü və Vardanyanın gəlişindən sonra ermənilərin sosial-sosial-iqtisadi vəziyyətinin ağırlaşması, sərbəst hərəkətin qapadılması, əsası da ermənilərin psixoloji vəziyyətinin gərginləşməsi sözsüz ki, Vardanyanın nüfuzunun sıfırlanması ilə nəticələnməli idi. Vardanyanın Xankəndinə qayıdıb-qayıtmamasından asılı olmayaraq Rusiyanın Vardanyan layihəsi bağlanıb. Ancaq əminliklə demək olar ki, Xankəndinə və ətraf ərazilərdə rusların yeni ehtiyat planı işə düşəcək. Xankəndidə "rus icması"nın yaradılması, rus dilinin "dövlət dili" elan edilməsi, yerli ermənilərə Rusiya vətəndaşlığının verilməsi Vardanyan layihəsinin iflası ilə qapanmır və sözsüz ki, qeyd edilən hallardan Rusiyanın son məqamda istifadə edəcəyi şübhəsizdir.

Amma Xankəndidə Rusiya üçün daha çətin vəziyyət yaranıb. Sözsüz ki, Moskvanın Xankəndidə planlarını icra edə biləcək və tam arxalandığı fiqur yoxdur. Elə Vardanyanın da Xankəndiyə gətirilməsini şərtləndirən amillərdən biri də məhz "ağıllı fiqurun" kəsadlığı idi. Səhnəyə digər millətdən və ola bilsin rus mənşəli birinin çıxarılması da mümkündür.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Xəbəri paylaş