"Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son illərin dövlətlərarası münasibətlər sistemində daha çox diqqət çəkən hadisələrdəndir. İtaliya regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır və böyük güc hesab edilən ölkələrdən biridir. İtaliya Avropa İttifaqı da daxil olmaqla, BMT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, “Böyük yeddilər”, G20, Avropa Şurası, Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Azərbaycan–İtaliya münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər,hökumətlərarası və parlamentlərarası əlaqələr,eləcə də iki ölkə arasında imzalanmış çoxsahəli,o cümlədən strateji xarakterli sənədlər mühüm rol oynayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli səsləndirib. Millət vəkili bildirib ki, dünya çapında söz sahibi olan İtaliya İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq işini müdfiə edən dost ölkələr sırasında yer aldı:
"Bu, Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhləyə adlamsında müham rol oynadı.Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə qardaş Türkiyədən sonra İtaliya şirkətlərinin dəstək verməsi çox diqqətəlayiq hadisədir. İqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan neftinin böyük bir hissəsi məhz İtaliya bazarlarına çatdırılır. Cənub Qaz Dəhlizinin TAP layihsinin reallaşdırılması Azərbaycan-İtaliya əməkdaşlığının birgə uğurudur. İki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan qazı İtaliya vasitəsi ilə Avropaya nəql edilir. Cənub Qaz Dəhlizinin Azərbaycandan İtaliyayadək uzanan yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Çox münüm strateji önəm daşıyan bu layihnin reallaşdırılması nəticəsində ölkəmiz Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu çox mühüm bir bazar, Avropa isə onun üçün həyati əhəmiyyət kəsb edən, yəni təchizatın şaxələndirilməsinə əsaslanan Rusiyadan kənar enerji mənbəyi əldə edib.Bu baxımdan Azərbaycan-İtaliya strateji tərəfdaşlığı-təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın maraqlarını ifadə edir".
Deputat qeyd edib ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər:
"Ağdam, Füzuli, Qubadlı, Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqla İtaliya təchiz edir. Azərbaycan prezidentinin bildirdiyinə görə, bərpa olunan enerji sahələri olan külək, günüəş, su elektrik stansiyalarının quraşdırılmasında daha çox İtaliya şirkətlərini dəvət etmək üçün böyük planlar var. Həm Azərbaycanın maliyyələşdirdiyi, həm də İtaliya şirkətlərinin Azərbaycanda icra etdiyi müqavilələrin ümumi dəyəri 10 milyard dollardan çoxdur".
Əli Məsimli onu da diqqətə çatdırıb ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır:
"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanla İtaliya əməkdaşlığı yeni mərhələsi kimi “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında da əməkdaşlıq edir. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsipləri əsasında inkişaf edən bu əməkdaşlıq hər iki ölkənin siyasi və iqtisadi maraqlarını təmin etməklə yanaşı, həm də Azərbaycan üçün geosiyasi üstünlüklər qazandırır. Çünki Avropanın bir nömrəli probleminə çevrilmiş enerji təhlükəsizliyində “neft-qaz-yaşıl enerji” kombinasiyası üzrə etibarlı partnyor kimi rol almaq Azərbaycanın mövqeyinin daha da güclənməsinə xidmət edir".
Mehman