Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının uğuru ilə tarixləşdi

Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının uğuru ilə tarixləşdi


İkinci Qarabağ müharibəsindən sonra dünya dövlətlərinin Azərbaycanın torpaqlarının işğa¬lı¬na da, işğaldan azad edilməsinə də münasibətləri xeyli dəyişdi. Bu dəyişmədə bəşəri münasibətlər amili aydınlığıyla görünür. Bu və ya digər dövlətə rəsmi səfərlərdə də Azərbaycan Respublikası Prezidentinin çıxışları gerçəkliklərin gerçək səviyyədə tarixləşməsini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 18-də Münxen Təhlükə¬siz¬lik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı ple¬nar iclasda çıxışı da tarixi hadisələrə tarixi münasibətin ifadəsi kimi dinlənildi.

Münxen Təhlükə¬siz¬lik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın iştirakı bu Konfransın Qafqaz üçün gərəkli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Pre¬zi¬den¬ti cənab İlham Əliyev çıxışında 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başla¬yan İkinci Qarabağ müharibəsindən, onun nəticələrindən söz açdı, qonşu dövlət olmaq etiba¬rı ilə Azərbaycan və Ermənistanın uzun müddətli toqquşm¬adan uzaqlaşmasının, qarşılıqlı ədavətə, düş¬mən¬çiliyə son qoyulmasının dünyəvi dəyərlər baxımından gərəkli olduğunu bildirdi.

Çıxışında Ermənistanın Azərbaycan ərazisinin 20 faizini 27 il işğal altında saxladığını, bey¬nəlxalq hüququ pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini, bu iş¬¬ğalçı dövlətə qarşı heç bir bir sanksiya tətbiq olunmadığını da qeyd edən Azərbaycan Res¬pub¬likasının Prezidenti cənab İlham Əliyev fikrini “Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əs¬gə¬rimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi” kimi tamamladı. Bu, istər iştirak edənlər üçün, istərsə də dünya medisası üçün həm Azərbaycan Ordusunun qüdrətini xatırlatmaq niyyəti idi, həm də İkinci Qarabağ müharibəsi haq¬qın¬da müxtəsər, ancaq düşündürücü informasiya idi. Müharibənin başlaması səbəbləri kimi cənab Prezident dedi: “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükə¬siz¬¬lik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olma¬dı¬ğını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur”. Ancaq Azərbaycan Ordusu bu gümanı darmadağın etdi...

Dağlıq Qarabağ sözünün artıq qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid olmadığını bildirən cənab İlham Əliyev konfrans iştirakçılarına diplomatik tonla Azər¬¬baycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməli olduğunu da xatırlatdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi “Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayan¬dır¬mayacaq” fikirləri Ermənistana da, onu indi də dəsəkləyən dövlətlərə də tarixin adından, tarixi sənəd kimi səsləndirilən xəbərdalıqdır. O dövlətlər bu fikirləri xarici siyasətinə hopdurmalıdırlar...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Xəbəri paylaş