"Əslində qəbul edilmiş "Xarici agentlər haqqında" qanun layihəsinin gürcü xalqına nə kimi faydaları və yaxud da əksinə olaraq ziyanları ola bilərdi. Etirazçılar qəbul edilmiş qanunu, Gürcüstanın Rusiyaya yaxınlaşması kimi qələmə verdilər. Amma bu qanun ABŞ-da və Avropa ölkələrinin bir çoxunda qəbul edildiyindən, tutarlı irad hesab edilə bilməzdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Gürcüstanda cərəyan edən proseslərə münasibət bildirərkən səsləndirən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, hakimiyyət geri addım atmağa məcbur qaldı:
"Amma, görünən odur ki, etirazçılar meydanı tərk etmək niyyətində olmadıqlarını artıq göstərirlər. Əslində isə qəbul edilmiş qanun layihəsi ölkədə xaricdən maliyyələşən təşkilatlara nəzarəti gücləndirmək məqsədi daşımalı idi. Bu qanundan irəli gələn imkanlar, onların hakimiyyətdə təmsil olunma məsələlərini nəzarətə gotürülməli idi. Ümumiyyətlə qanun layihəsinin Gürcüstanın milli dövlətçilik baxımından daha çox faydalı olacağına inanmaq lazım olarkən, tam əksinə olaraq etirazlar dalğasına ölkə qərq oldu. Etirazçıların ola bilər ki, başqa dəlilləri olsun. Amma, hər şeyə rəğmən hökumət geri addım atdı".
Ekspert hesab edir ki. bundan sonraki addım, etiraz aksiyalarının dayandırılması olmalı idi:
"Gördüyümüz kimi etirazlara davam etdirildi. Deməli burada xarici ölkələrin maraqlarının daha böyük olduğu hesab edilməlidir. Vəziyyəti gərginləşdirmək istəyənlərin niyyətləri heç də gürcü xalqına xoş gələcək vəd edə bilməz. Çünki, Rusiya qədər Qərb siyasi dairələrinin də zamanla öz maraqlarından irəli gələn atdıqları addımların şahidi olmuşuq. Saakaşvilinin indiki durumunu, bu düşüncələrə nümunə hesab etmək olar. Ümumiyyətlə qanun layihəsi istər Qərbin, istər Rusiyanın Gürcüstana qarşı siyasi baxımdan fəaliyyətlərinə mane olduğundan, xalqın küçələrə çıxarılmasına səbəb oldu. Azmaaşlılıqdan və bahalıqdan əziyyət çəkən gürcü xalqı isə olanların mahiyyətinə varmadan, hökumətə qarşı məhz bu səbəbdən düşünərək etiraz etməyə gəldi".
Mehman