Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölmüş şəxsin əmlakı başqa şəxslərə necə keçə bilər? -ÖZƏL

Ölmüş şəxsin əmlakı başqa şəxslərə necə keçə bilər?


Cəmiyyətimizdə müntəzəm olaraq rast gəlinən problemlərdən biri də vərəsəlik hüququ ilə bağlıdır. Belə ki, dünyasını dəyişmiş şəxsin əmlakının bölüşdürülməsi, yaxud həmin əmlaka varis olmaq uğrunda vəfat edən şəxsin yaxınları arasında yaranan qalmaqal əksərən məhkəmə pretmetinə çevrilir. Bəs, görəsən vəfat edən şəxsin əmlakı, mülkü qanuni əsasla bir başqasına necə keçə bilər?

Newscenter.az-ın xəbərinə görə, bu barədə fikirlərini bölüşən Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə, yaxud da hər iki əsasla keçir.

Vəfa Qədirovanın sözlərinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır:

"Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər".

Vəkil nikahdankənar uşağın ölmüş şəxsin əmlakına sahib olub-ola bilməyəcəyi məsələsinə də aydınlıq gətirib. Vəfa Qədirovanın sözlərinə görə, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun:

"Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər".

İnqilab
Xəbəri paylaş