Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə ikibaşlı oyun oynayan ABŞ

Yaxın Şərqdə ikibaşlı oyun oynayan ABŞ


İsrailin, Qətərin paytaxtı Dohaya havadan endirdiyi raket zərbələri, heç də İsrailin gücünün alternativi olmadığı anlamına gəlməməlidir.İsrail Qətərə qarşı həyata keçirdiyi bu hərbi əməliyyatları Səudiyyə Ərəbistanı və İordaniya üzərindən həyata keçirdiyinə görə,mütləq ki bu ölkələrin razılığını almışdır və baxmayaraq ki,hər iki ölkə İsrailin bu addımını pislədi. Qətər bu yaxınlarda ABŞ prezidenti Trampa, Trampın səfəri çərçivəsində 500 milyard dollar haraç verdi və bu pul Qətərin təhlükəsizliyinin təmin olunması üçün verilməsi də heç kimdə şübhə doğurmur. Qətərin təhlükəsizliyini təmin etmək məqsədilə,ABŞ tərəfindən verilən havadan müdafiə sistemləri İsrailin hücumunun qarşısını almaq üçün işə düşmədi və nəticədə olan oldu.Çünki, o sistemlərin işləmə mexanizmi ABŞ-ın ixtiyarında qalmaqdadır və İsrailin hücumunun qarşısını almaq ona görə mümkün olmadı ki,baş verənlərin arxasında məhz ABŞ özü dayanır və bu Trampın imicinin zədələnməsi üçün də atılan addım ola bilər.Qətər müdafiə üçün 100 milyardlarla dollar sərmayə qoyur və bunu Trampa inanaraq həyata keçirir və nəticədə aldadıldığını başa düşür.Ərəb ölkələrinin təhlükəsizlik maraqlarına uyğun doğru siyasətlərinin olmadığı zaman-zaman görülür və bu səbəbdən,bu qədər pulu Türkiyəyə vermiş olsaydılar,inanın ki bütün Yaxın Şərqi qorumaq üçün bu pul kifayət edərdi və həmçinin Yaxın Şərqin bu günü və sabahı daha qaranti altında hesab oluna bilərdi.İsrail, eləcədə Yaxın Şərqdə ikibaşlı oyunlar oynayan ABŞ heç bir halda bu günkü kimi at oynada bilməzdi.Bu gün Türkiyə istehsalı silah və hərbi texnika dünyanın heç bir ölkəsinin silahından və texnikasından bütün göstəricilərinə görə geridə deyil və Türkiyə hərbi sənayesi siyahıda öndə gələn ölkələr arasında öz yerini tapıb.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş