
Azərbaycan xalqi ikinci Qarabağ müharibəsində bir yumuruq olaraq dövlətin yanında oldu, milli birlik nümayiş etdirərək, işğal olunmuş ərazilərimizi işğaldan azad etdi. Azərbaycan xalqı bir bayraq altında birləşərək birinci Qarabağ müharibəsində parçalanmadı. Daima milli birliyi qorudu.
Ölkəmizə qarşı Rusiya və İran kəşfiyyatı daima milli birliyimizi parçalamaq üçün fəaliyyətdədirlər. Rusiya məhz torpaqlarımızin işğalda qalması üçün daima Ermənistana dəstək verdi. İran da həmçinin. Rusiya və İranın Azərbaycana qarşı hazırda davam edən aqressiv siyasəti məhz bizim milli birlikdə olmağımız və torpaqlarimızi azad etməyimizdir.
İkinci Qarabağ müharibəsindən sonra Rusiya və İranın milli birliyimizi hədəf alacağını, pozuculuq edəcəyini istisna etmirdik. Rusiya və İran tandemi etnik və məzhəb müstəvisindən bu birliyi poza bilmədi. Hazırda məcburi köçkünlər üzərindən Rusiya təbliğat maşını milli birliyi hədəf alıb.
Soyuqqanlı olmaq lazımdır. Belə bir təxribatçıları efirə çıxarmaq olmaz. Bizim gücümüz, bizim birlyimizidir.
Azərbaycan xalqını regionalara bölmək və xalqı parçalamaq xüsusi planın tərkib hissəsidir. Bu planin icraçıları heç vaxt uğur qazanmayacaq.
Məhəmməd Əsədullazadə, politoloq