
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən Qlobal İlk Yardım Akkreditasiyasına layiq görülən Türk Qızıl Aypara Cəmiyyəti bu ilin 8 ayında 69.000 nəfərə ilk yardım təlimi keçib.
Newscenter.az Cəmiyyətə istinadən bildirir ki, qurum IFRC çərçivəsində Qlobal İlk Yardım Referans Mərkəzinə bağlı 22 şəhərdə 29 İlk Yardım Tədris Mərkəzində ilk yardım təlimi keçirir.
IFRC 16 saatlıq ilk yardım üzrə təlim proqramının beynəlxalq standartlara cavab verdiyini təsdiqləmiş və keçən il Qlobal İlk Yardım Akkreditasiyası sertifikatına layiq görülmüşdür. Türk Qızıl Aypara daha çox insana çatmaq üçün səylərini davam etdirir.
Mehman Mehdiyev