Bəzi hallarda hər hansı bir şəxs öz mal və mülkünün konkret kimə bağışlaması ilə bağlı vəsiyyətnamə yazaraq gələcəkdə həmin mülk üstündə qohumların, övladların bir-biri ilə düşmən omaması üçün doğru addım atdığını düşünür. Lakin bəzi hüquqi biliklərin kifayət qədər olmaması üzündən vəfat edən şəxs vəziyyətnamə yazsa da belə, sonradan məcburi pay prinsipindən çıxış edilərək həmin mülkə bir başqa qohumlar da iddialı olu.
Bəs, mirasda məcburi pay nədir və kimlər bu paya iddialı ola bilər?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki,
vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir".
Vəfa Qədirova bildirib ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir:
"Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır".
Vəkil deyib ki, məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər:
"Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir".
İnqilab