Bu gündən etibarən İsraildə Azərbaycan Respublikasının səfirlyi rəsmi şəkildə fəaliyyətə başlayır. İsrailin paytaxtında Azərbaycanın Üçrəngli bayrağı dalğalanır. Təl-Əvivdə respublikamızın diplomatik yurisdiksiyasının fəaliyyətə başlaması ilə yaxın dost və strateji tərəfdaş ölkələr olan Azərbaycan və İsrail münasibətlərində də tamamilə yeni səhifə açılır, regionda geosiyasi yeni reallıqlar yaranır.
Əsrlər boyu ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan yəhudilər cəmiyyətimizə böyük töhfələr verib, milli rəngarəngliyimizi zənginləşdirib, regionda birgəyaşayış mədəniyyətinin nümunəsini nümayiş etdiriblər. Eyni zamanda, vaxtilə ölkəmizdə yaşamış, hazırda İsraildə məskunlaşmış yəhudi icması ölkələrimiz arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir, onlar faktiki olaraq Azərbaycanın İsraildə rəsmi nümayəndəliyi funksiyasını yerinə yetirirlər.
Bu gün Binyamin Netanyahu Hökumətinin Azərbaycanla xüsusi isti münasibətləri də əlaqələrin dinamikasına xüsusi töhfə verməkdədir. Prezident İlham Əliyev və Netanyahu arasında çox səmimi dost münasibətlərinin olması Azərbaycan və İsrail arasında siyasi-diplomatik müstəvidə yeni siyasi xəttin cızılmasına, ictimai-siyasi və hərbi əməkdaşlıqda yeni səhifə açılmasına səbəb olmaqdadır.
İsraildə Azərbaycan Respublikasının səfirlyinin açılışı bölgədə siyasi və ictimai proseslərdə bir sıra mühüm dəyişikliklərə səbəb olacaq, 30 min yəhudinin yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi ilə sıx təmasların artmasına, bu bölgədə yaşayan icma ilə birgə ictimai-humanitar tədbirlər və layihələrin daha da genişlənməsinə səbəb olacaq.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki sahələrdə yeni əməkdaşlıq üçün də perspektivlər açılır, müxtəlif ixtisaslı hərbi mütəxəssislərin hazırlanması səviyyəsində işçi görüşlərin təşkilinin planlaşdırılması da Azərbaycan-İsrail strateji tərəfdaşlığını möhkəmləndirəcək.
Hesab edirəm ki, bu tarixi hadisənin davamı olaraq Quba şəhərində İsrailin Konsulluğunun açılması da tarixi zərurət kimi reallığa çevriləcəkdir.
Həmçinin, əminəm ki, nəzərdə tutulan ideyalardan biri kimi İsrail-Azərbaycan Ali Hərbi Məktəbi də qısa zamanda fəaliyyətə başlayacaq. Necə ki, Sovet İttifaqı dövründə Yəhudi Soçnut məktəbi 1982-ci ildə məhz Bakıda açılıb. İndiki şəraitdə də İsrailin ən nüfuzlu Hərbi Tədris Mərkəzi Azərbaycanda qurulması da tarixi zərurətdir.
2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfəri zamanı İsrailin “Aeronautics Defence Systems” şirkətinin Bakıda zavod inşa edəcəyini elan etmişdi. İnanıram ki, belə bir Hərbi Zavod da təxirə salınmadan fəaliyyətə başlayacaq. 2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqaviləsi imzalanıb ki, bu plana uyğun olaraq Birgə Hərbi Aviasiya və Hava Hücumindan Müdafiə Sistemlərinin qurulmasının da reallaşaçağı çübhə doğurmur.
Sonda onu da vurğulamağı vacib hesab edirəm ki, İsrail və Azərbaycan qardaşlığı həm də Türkiyə ilə birgə proqramların da dinamikasına müsbət təsir göstərəcək. Azərbaycan-Türkiyə-İsrail birgə əməkdaşlığında da yeni səhifə açılacaq, birgə hərbi təlimlərin sayı artacaqdır.
Azərbaycan-Türkiyə-İsrail birliyi bölgədə terrorçu və terrora dəstək verən, sabitliyi pozmaqğa cəhd edən, təxribatlar törədən ölkələrə də tərs sillə olacaq. Bu xüsusda onu da qeyd edək ki, Səfirliyimizin açılmasından dərin sarsıntı və narahatlıq keçirən ölkələr, o cümlədən Fars mollakratiyası bizə qarşı açıq təxribatlara əl atacaq, erməni vandallarını silahlandıraraq bölgədə qan tökülməsinə çalışacaq. Ona görə də, daha tədbirli olmalıyıq.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərəncamında olan İsrailin “Sky Striker” dronlarının sayını artırmalı, Cənub bölgəsində, Araz Vadisində hərbi-kəşfiyat işlərini gücləndirməliyik.
Araz çayı hüdudlarında Azərbaycan-Türkiyə-İsrail hərbi infrastrukturları yaradılmalıdır.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki