Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən sayılan 2016-cı il APREL DÖYÜŞLƏRİNDƏN 7 il keçir.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi.Həmçinin strateji cəhətdən vacib bir sıra ərazi və yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi.
“Dördgünlük müharibə”- 2016-cı ilin 2 aprelindən 2020-ci ilin 8 noyabrına-Qarabağın azadlığına gedən yolda 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı,təməl daşı oldu. “Dördgünlük müharibə”nin Azərbaycan üçün tarixi əhəmiyyəti ilə yanaşı, həm Ermənistanın,həm onun havadarlarının, həm də beynəlxalq təşkilatların nəticə çıxarması üçün vacib olan bir sıra dərsləri də oldu:
“Dördgünlük müharibə”nin əsas əhəmiyyəti torpaqlarımızın bir qisminin azad edilməsi kontekstində xalqımıızın qələbə əzminin daha da güclənməsi,daha böyük qələbəyə inamının artması istiqamətində çox ciddi və tarixi bir dönüş məqamı olmasındadır.
“Dördgünlük müharibə” zamanı müxtəlif səviyyələrdə keçirilən sorğuların nəticələri göstərdi ki,aprel döyüşləri erməni cəmiyyətini xeyli dərəcədə parçaladı və Azərbaycan cəmiyyətini isə ayağa qaldırdı. 7 il bundan əvvəl,yəni aprel döyüşləri zamanında müxtəlif səviyyələrdə keçirilən sosioloji sorğularda iştirak edənlərin 97%-i Azərbaycanın cəbhə xəttində hərbi fəaliyyətini dəstəklədiyini bildirib və əksəriyyət hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olub. Ölkə vətəndaşlarının 85 faizindən çoxu əminliyini bildirib ki, Azərbaycan hərbi əməliyyatları davam etdirsə, Dağlıq Qarabağı və ona bitişik 7 rayonu erməni işğalından azad edə biləcəyik.Aprel döyüşləri Azərbaycan xalqı yüksək vətənpərvərlik və həmrəylik nümunəsi göstərərək dövlətin yanında olduğunu, qəhrəman Azərbaycan əsgərinin öz torpaqlarını işğaldan azad etmək üçün hər zaman döyüşə hazır olduğunu və istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərdi.
“Dördgünlük müharibə” çox vacib bir faktı da ortaya qoydu ki, həm regional güc balansı, həm də dünyada vəziyyət dəyişib.Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür.
“Dördgünlük müharibə” həm də bir növ çox mühüm sınaq,test idi. Azərbaycan beynəlxalq ictimaiyyətin reaksiyasını sınaqdan keçirdi, bu da özünü çox gözlətmədi. Son 100 ildə ilk dəfə Ermənistana dedilər ki: “SƏN HAQQI DEYİLSƏN!”. Kompüter texnologiyaları əsrində XX əsrin 90-cı illərində olduğu kimi dünyada informasiya vakuumu yoxdur. Bu gün insanlar dünyada baş verən çox şeydən xəbərdardırlar. Beynəlxalq ictimaiyyət erməni yalanlarınının mahiyyıtini getdikcə daha çox dərəcədə anlayır və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.
“Dördgünlük müharibə” Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsi olaraq tamamilə yeni situasiya yaratdı.Həmin hərbi əməliyyatlar həm də Ermənistanın gələcəkdə Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi illüziyasının üstündən xətt çəkdi. Uzun illər Qarabağ probleminin ədalətli həllini gözləyib, bu yöndə heç bir nəticə hasil olmadığını görən Azərbaycan beynəlxalq hüquqa arxalanaraq “güclü iqtisadiyyat-güclü ordu” tandemindən səmərəli istifadə etməklə Ermənistanı işğal etdiyi əraziləri tərk etməli olacağı faktı ilə üz-üzə qoydu.
“Dördgünlük müharibə” Ermənistana çox ciddi siqnal və mesaj oldu ki, havadarlarının güc və dəstyinə arxalanaraq işğalçılıq yolunu davam etdirsə, aprel döyüşlərindən sonra daha böyük məğlubiyyətlərə düçar olacaq və bu kontekstdə aprel döyüşləri Ermənistanın başına gələ biləcək ən pis ssenariləri də ortaya qoydu.
“Dördgünlük müharibə” bu qanlı oyunu başladan bütün iştirakçılara atdıqları daşları yığmağın vaxtının yetişdiyini anlatdı... Bu münaqişəni başladanlara, kağız üzərində 148 min,əslində heç 48 min belə olmayan Qarabağın erməni və işğal nəticəsində öz yurd-yuvasından qovulan 1 milyondan artıq azərbaycanlı əhalinin taleyi maraqlı deyil.Məqsəd ,bir tərəfdən Azərbaycan torpaqlarını işgalda saxlamaqda davam etmək,Qarabağ kartından istifadə edən erməni hərbi xuntasının öz xalqını, eləcə də Azərbaycanın işğal olunmuş torpaqlarının sərvətlərini talamaqda davam etmək, digər tərəfdən isə rəqabət aparan dünya güclərinin Qarabağ kartından Azərbaycana və bütövlükdə bütün Cənubi Qafqaza təzyiq etməsi üçün istifadədir.Ona görə də təəəsüf ki,30 ilə yaxın bir müddət ərzində nə Ermənistan,nə onun havadarları, nə də beynəlxalq təşkiatlar Qarabağ münaqişəsi ilə bağlı haqq-ədalətə əsaslanan bir addım belə atmaq istəmədilər.Azərbaycan ərazilərini işğal edib, xarabazara çevirən və Azəbaycan xalqına humanitar fəlakət yaşadan,soyqırım törədən Ermənistan münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.
“Dördgünlük müharibə” böyük dövlətlərə də də mesaj idi ki,rəqabət aparan dünya gücləri Qarabağ münaqişəsi ilə bağlı siyasətlərinə yenidən baxsın, beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində Ermənistanı sülhə məcbur etməklə Qarabağ münaqişəsinin ədalətli həlinə dəstək olsunlar. Əfsuslar olsun ki, 28 il ərzində ATƏT-in Minsk qrupu hər hansı nəticəyə nail olmadı.Görünən bu oldu ki, danışıqlar prosesini sonsuzluğa qədər davam etdirib sadəcə, vəziyyəti dondurmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etmək istəyirlər.Azərbaycan özünümüdafiə hüququmuzdan,BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi işğaldan azad etdi. Azərbaycan 30 ilə yaxın işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa-qurculuq işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı,həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi,yeni həyat təklif etməklə dünyaya nümayiş etdirir ki, milli həmrəylik şəraitndə, xalq-dövlət-ordu və həm də iki qardaş ölkə-Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur.
Zaman keçdikcə ölkəmizin “Dördgünlük müharibə”dəki zəfərinin əhəmiyyəti daha dərindən anlaşıldığı kimi, Azərbaycanın 44 günlük müharibədəki Qarabağ zəfərinin də Cənubi Qafqaza və dünyaya gətirəcəyi faydalar daha yaxşı anlaşılacaq.Ona görə də Azərbaycan Qarabağ ətrafındakı qanlı oyunu başladan bütün iştirakçılara 7 il əvvəl anlatdığını bir daha anladır ki, atdıqları daşları yığmağın vaxtı çoxdan yetişib... Regionumuzda rəqabət aparan dünya gücləri Qarabağ məsələsi ilə bağlı siyasətlərinə yenidən baxsın, manipulyasiya təxribatlarına,riyakar fəaliyyətlərinə son qoysunlar, Azərbaycanın Zəfər günüdən sonra başladığı regionda sülhə,əmin-amanlığa və tərəqqiyə xidmət edən missiyasına və quruculuq işlərinə mane olmasınlar.
Əli Məsimli-Milli Məclisin deputatı