Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqların övladlığa götürülməsinə hansı hallarda icazə verilmir? -ÖZƏL

Uşaqların övladlığa götürülməsinə hansı hallarda icazə verilmir?


Hər il valideynlərini itirmiş, yaxud uşaq evlərinə atılmış müəyyən bir sayda uşaq ailələr tərəfindən övladlığa götürülür. Bəzən bu proses uğurlu, bir sıra hallarda isə uğursuzluqla nəticələnir. Bir çox ailələr isə övladlığa götürülmə prosesinin kifayət qədər problemli və çətin olduğunu iddia edərək bu prosesin bir qədər sadələşdirilməsini təklif edirlər. Bəs, görəsən övladlığa götürülmə zamanı hansı prosedurları keçmək lazımdır və ümumiyyətlə, övladlığa götürülməsinə yol verilən uşaqlar hansılardır?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Onun sözlərinə görə, bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz:

“Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir”.

Vəfa Qədirova onu da bildirib ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların, habelə Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış uşaqların, övladlığa götürülməsinə, həmin uşaqları AR ərazisində daimi yaşayan AR vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir:

“Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olmayan, vahid uçota alınmış uşaqların AR-nın hüdudlarından kənarda yaşayan AR vətəndaşlarına, uşaqların qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 (bir) il müddət keçdikdən sonra yol verilir”.

İnqiıab
Xəbəri paylaş