Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Gürcüstan tərəfdaşlığı regionda sülh,sabitlik və tərəqqiyə xidmət edir

Azərbaycan-Gürcüstan tərəfdaşlığı regionda sülh,sabitlik və tərəqqiyə xidmət edir


SSRİ dağıldıqdan sonra Cənubi Qafqazın 3 yeni müstəqil dövləti-Azərbaycan,Gürcüstan və Ermənistan arasındakı münasibətlər Latviya,Litva və Estoniyanın timsalında 3 Baltikyanı dövlətin qurduğu əməkdaşlıq modelinə bənzər bir model əsasında inkişafı, həm bu ölkələrin qalxınması, sosial-iqtisadi tərəqqisi,xalqlarının rifahı,həm də bütövlikdə regionun dayanıqlı sabitliyi və tərəqqqisi baxımndan daha perspektivli yol olardı.Lakin Ermənistan öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək yolu tutmaqla regionumuza böyük dağıntı və fəlakətlər gətirdi. Ona görə də öz xarici siyasətində yerləşdiyi regionda sülhün,sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kontekstində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsinə mühüm yer verən Azərbaycan sözügedən qarşılıqlı-faydalı regional əməkdaşlıq əlaqələrini Azərbaycan-Gürcüstan münasibətləri timsalında qurmağa başladı. Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mahiyyət etibarı ilə bir çox ölkələrə nümunə ola biləcək dərəcədə əsl regional əməkdaşlıq nümunəsidir.Çünki bu münasibətlər qarşılıqlı hörmətə,ehtimada söykənir və regionda sülh,sabitlik və tərəqqiyə xidmət edir.

Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. Azərbaycan işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa-qurculuq işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı,həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni münasibətlər,davranış tərzi,bütün region xalqlarının maraq və mənafelərinə uyğun yeni həyat təklif edir.Azərbaycanın həmin missiyasının dolğun şəkildə reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsinə yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki, bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.

Ölkəmizin regional sülhə,əməkdaşlığa,tərəqqiyə xidmət edən bu xoşməramlı siyasəti kontekstindən Azərbaycanla Gürcüstan əməkdaşlığın yeni mərhələsi başalyıb.Bu özünü Azərbaycan-Gürcüstan münasibətlərinin bütün istiqamətlərində göstərməkdədir.Bizim əlaqələrimiz ticari-iqtisadi, enerji, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı, müdafiə sənayesi və sair bu kimi bir çox sahələri əhatə edir. Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir.Bu qlobal layihələr bizim strateji tərəfdaşlığın əsasını təşkil edir. Yeni dünya düzənin yeni reallaıqları bu layihələrin daha böyük aktuallıq və perspektivlərini daha da artırıb. Azərbaycanla Gürcüstan arasındakı siyasi dialoq müsbət dinamizmi ilə fərqlənir. İki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından və investorlarından biridir. İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ dollarından çox investisiya yatırıb.Onun 1,5 milyard dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Koronavirus səbəbli müəyyən azalmalar olsa da, iki ölkə arasındakı ticarət dövriyyəsi müsbət dinamika ilə yenidən 1 milyard dollara doğru gedir.Gürcüstan Azərbaycanın ixracında 121 ölkə arasında 12-cı,idxalında isə 173 ölkə arasında 13-cü yeri tutur.Gürcüstan Azərbaycanın ixracında 1,7 faiz, idxalında isə 0,8 fazifaiz paya malik olması isə onu göstərir ki, göstərir ki, ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə ehtiyac var və bu sahədə hər iki tərəfin potensialı yetərincədir.

Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə işgüzar səfəri zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulanıb. Azərbaycanla Gürcüstanın birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı qeyd olunub. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin və yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılmasınn vacibliyi qeyd olunub. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb.Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişləndirilməsi Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edilməsinə imkan verəcək.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edilib.Energetika sahəsində əməkdaşlığın bu yeni istiqamətləri üzrə fəal əməkdaşlıq ediləcəyi bildirilib. Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlığın genişlndirilmsi və dərinlşdirilməsi məsələləri də müzakirə olunub.

Yeni reallıqlardan çıxış edərək və Azərbaycan və Gürcüstanın malik olduğu böyük potensialı nəzərə alaraq demək olar ki, bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində səylər artırılmalııdr.Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet əməkdaşlı sahələrindən öndəgedənlərindən olacaq.Ölkələrimizin tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsi ilə, xüsusilə də “Orta dəhliz”in artan rolundan daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini dəfələrlə artırmaq olar.Azərbaycan və Gürcüstan energetika sahəsində bir çox irimiqyaslı layihələrin gerçəkləşməsində töhfələrini verən ölkələrdir.İki ölkə arasındakı bu əməkdaşlıq qarşılıqlı faydalılıqla yanaşı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.Qarşılıqlı etimada əsalanan bu cür iş birliyi nəticəsində ortya qoyulan Orta Dəhlizin önəmi artdıqca regionumuzun etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan kimi də əhəmiyyəti artıracaqdır.

Azərbaycanla Gürcüstanın arasında strateji tərəfdaşlıq prioritet olduğundan, ən yüksək səviyyədə görüşlərin müntəzəm xarakter daşıması və intensivləşməsi, əməkdaşlığın yeni istiqamətləri üzrə başalnan işlər və əldə edilən yeni razılaşmalar regionda sülhü və sabitliyi təmin etməyə,daha çox birgə layihələr həyata keçirilməsinə,o cümlədən keçən ilin oktyabrında Azərbaycan prezidentinin Gürcüsatana səfəri, bu ilin aprelində isə Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Əli Məsimli-Milli Məclisin deputatı
Xəbəri paylaş