İran Azərbaycan münasibətləri yüksələn dinamika üzrə qərginləşməkdədir. Farsların Azərbaycana, türk xalqına genetik düşmənçilik siyasəti tarixin bütün dövründə və hətta SSRİ dövründə özünü açıq göstərib. Müstəqilliyimizin ilk illəri isə fars düşmənçiliyi ən yüksək həddə olub. Cənubi Azərbaycan mövzusunda çıxış edən içtimai, siyasi və elm adamlarına qarşı terror aktı keçirən fars molla rejimi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalında bir başa iştirak edib və bu işğalı əbədiləşdirməyə çalışıb.
İran dövlət səviyyəsində Azərbaycan xalqına, gəncliyinə qarşı narkoterror həyata keçirib və bu gündə bu amansız siyasətini davam etdirir. Azərbaycanda din pərdəsi altında molla fars rejimi cəsus şəbəkəsinin, silahlı terror dəstələrini yaratması, Azərbaycana daxilində sabitliyin pozulması və nəhayət dövlət çevrilişi ilə ona tabe olan Kərimə dövlətinin qurulması məqsədi ilə Azərbaycan dövlətçiliyinin süqutuna çalışır.
Azərbaycana qarşı siyasi, diplomatik, hərbi, psixoloji, informasiya və ümumən hibrid müharibə aparan İran fars molla rejimi 2020-ci il Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etdikdən sonra düşmənçilikdə açıq müstəviyə keçərək daha da azğınlaşıb.
Azərbaycanın Tehrandakı səfirliyində fars molla rejiminin terror aktı, Milli Məclisin üzvü Fazil Mustafaya sui-qəsd formasında terror əməli təbii ki, Azərbaycan dövlətini daha sərt cavab tədbirlərinə məcbur edir.
Azərbaycanın Israildə səfirlik açmasına olduqca qeyri adekvat davranan İran təbii ki, Azərbaycandan həm Milli Məclis səviyyəsində və həm də dörd diplomatının Azərbaycandan qovulması ilə cavabını aldı.
Ancaq İran Fələstin məsələsindən öz məqsədlərin üçun Azərbaycandan Ərəb Dövlətləri Liqasına (ƏDL), İslam Əməkdaşlıq Təşkilatına (İƏT) şikayəti İran siyasətin riyakarlığının son həddinin olmağını göstərərək, münasibətləri kritikləşdirir. Fələstin problemi və xalqı faktiki olaraq İran fars molla rejiminin girovundadır. Fələstinin İsraillə orta məxrəcə gəlməməsinin əsas səbəbi də məhz İranın özüdür. Belə ki, BMT-nin və eləcə də digər Beynəlxalq səviyəli təşkilatların sənədlərinə əsasən bu ərazilərdə iki dövlətin, həm İsrail və həm də Fələstin dövlətinin yaradılması şərtdir. Tərəflər, daha doğrusu Fələstin və İsrail də bu təklifi qəbul edərək razılaşmışdı. Yasir Ərafat dövründə bu məsələnin həll olma ehtimalı çox yüksək idi. Yeri gəlmişkən, İran fars molla rejiminin fələstin lideri Yasir Ərafatla münasibətləri gərgin və nifrət səviyəsində olduğu bəlli faktır və bunun da əsas səbəbi 1993-cü ildə Oslo-da Yasir Ərafatın İsraillə razılaşması idi. Həmin dövrdə İsraillə Fələstin arasında əldə edilmiş tarixi razılaşmanın pozulmasın birmənalı İranın xidmətidir.
Aydındır ki, İsrailə təzyiq kimi Fələstin probleminin mövcudluğu İranın maraqlarını təmin edir. Ona görə də İran onun təsirində olan və yaratdığı terror təşkilatları XAMAS, XİZBULLA kimi digər təşkilatlar əldə edilmiş razılaşmanı pozmaq üçün hərəkətə keçdilər və nəticədə tarixi şans əldən buraxıldı. Farsların fələstin ərəblərinə "sevgisi" məhz İsrailə problem kontekstindəndir. Danılmazdır ki, İrana tabe olan XAMAS, XİZBULLA kimi təşkilatlarının və farsyönümlü fələstin hakimiyyəti "xidməti" olmasa bu iki xalq dostluq və əminamanlıq içində iki müstəqil dövlət kimi yaşayar və regionda sülh bərqərar olar. Odur ki, İranın Fələstin məsələsi üzərindən Azərbaycana təzyiq cəhdi absurddur.
Öncəki yazımda Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Rəisi arasında telefon danışığının İran Azərbaycan arasında müəyyən istiləşməyə gətirəcəyni qeyd etmişdim. Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov və İran XİN-nin başçısı Əmir Abdullahiyan arasında danışıqların baş tutması münasibətlərin normallaşmasında ilk addım ola bilər.
Ancaq, son günlər İran fars molla rejiminin daxilində ikitirəlik açıq sezilir. İranım Ali dini rəhbərini təmsil edən Admiral Şamxaninin xarici məsələlərin həllinə qatılması və Çin, İraq, Ərəb Əmirliyi ilə danışıqlar aparması İran XİN-nin rəhbəri Abdullahiyan timsalında prezident Rəisi komandası ilə Ali dini rəhbər arasında müəyyən etimadsızlığın göstəricisi ola bilər. Ona görə də Ceyhun Bayramovla Əmir Abdullahiyan arasında danışıqların müsbət istiqamətdə münasibətlərə təsirini düşünmürəm. Ola bilər tərəflər arasında gərginliyin dərinləşməsi ləngisin.
Hər bir halda Azərbaycan öz siyasətində açıq, dürüst və öz maraqlarını təmin etməkdə israrlı və qərarlıdır. İran özü Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı və təşəbbüskarıdır və onun üçün ağır nəticələnəcək prosesi dayandırmaq da İranın işidir.
Vüqar Dadaşov-politoloq